SON XƏBƏRLƏR

Tehranda 1 May nümayişlərində qarşıdurma yaranıb. Ən azı 6 fəhlə həbs edilib – FOTOLAR və VİDEOLAR

2021.10.20, 07:36
Tehranda 1 May nümayişlərində qarşıdurma yaranıb. Ən azı 6 fəhlə həbs edilib – FOTOLAR və VİDEOLAR

Gunaz.tv

GünAzTV: Dünyada Beynəlxalq Zəhmətkeşlər Bayramı kimi tanınan (Beynəlxalq Əmək Günü) 1 May Günündə Tehranda on minlərlə fəhlənin dinc nümayişləri polis zorakılığına məruz qalıb.

 

Mayın 1-də “Fəhlə evi” binası qarşısından başlanan nümayişlərə on minlərlə fəhlə, müəllim, tələbə və təqaüdçü qatılıb. Kargər və Hafiz küçələrində əllərində yazılı plakatlar gəzdirərək yürüşə başlayan nümayişçilər, “Fəhlələrə eşq olsun, zalimlərə ölüm olsun” və "Həbs edilən fəhlələrə azadlıq" şüarları səsləndirərək, müxtəlif sahə və sektorlarda işləyən zəhmətkeş insanların əmək haqlarının artırılmasını, fəhlələrin iş şəraitinin yaxşılaşdırılmasını, aylardır gecikdirilmiş maaşlarının ödənilməsini, müvəqqəti iş müqavilələrinin ləğv edilməsini və ədalətə riayət olunmasını tələb ediblər.

 

Yürüşdə, fəhlələrin nümayəndəsi Əbd Xudayi çıxış edərək bildirib ki, fəhlələrə verilən əmək haqqı, onların yalnız 15 günlük ehtiyacını ödəyir və ayın ikinci yarısından sonra fəhlələr və onların ailə üzvləri növbəti maaşa qədər aclıq, ehtiyac, sıxıntı və borc içində yaşamalı olurlar.

 

Yayılan məlumata əsasən, nümayişçilərdən bir qrupu da İran parlamentinin binası qarşısında toplaşaraq eyni tələbləri səsləndiriblər. Lakin əvvəlcədən parlament binası ətrafında yerləşdirilən polislər və mülki geyimli təhlükəsizlik qüvvələri aksiyaçılara qarşı zorakılıq tətbiq edərək, onları dağıtmağa səy göstəriblər. Nəticədə əksəriyyəti fəhlələrdən və onların nümayəndələrindən ibarət olan ən azı 6 nümayişçi tutularaq naməlum istiqamətə aparılıb. Tutulanların hazırda harada saxlanıldığı bilinmir.

 

 

 

 

 

 

VİDEOLAR:

 

 

 

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar