SON XƏBƏRLƏR

Tehranda 11 milli hərəkat fəalının qapalı məhkəməsi keçirilib

2021.10.20, 07:36
Tehranda 11 milli hərəkat fəalının qapalı məhkəməsi keçirilib

Gunaz.tv
Tehranda 11 milli hərəkat fəalının qapalı məhkəməsi keçirilib DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Tehran İnqilab məhkəməsi 15-ci şöbəsində 31 may 2008-ci il tarixində 11 nəfər Güney Azərbaycanın milli hərəkat fəalı və bu yaxınlarda müvəqqəti azadlığa buraxılmış Abdul Abbasi Cavan, İlqar Mərəndli, Məhəmməd Nüsrəti, Qasım Seyyidinzadə, Leyla Heydəri, Behruz Səfəri, Cəlil Qənilu, Saleh Kamrani, doktor Heydəri və onların hüquqlarını müdafiə edən Nemət Əhmədi, doktor Məhəmmədəli Dadxah, vəkil Məhəmmədi və Abbas Camalı qapalı inqilab məhkəməsində mühakimə ediliblər. Bu məhkəmə istintaq sənədləri əsasında ittihamların araşdırmaq məqsədilə həyata keçirilir. Bir müddət öncə eyni qapalı məhkəmə Əlirza Mətinpur və Səid Mətinpur qardaşlarına da şamil edilmişdir. Hələlik məhkəmə onların barəsində heç bir qərar qəbul etməyib. Lakin külli miqdarda məhkəməyə girov qoyulan pullar və ya sənədlər milli fəallara qaytarılmır. Xatırladaq ki, adları çəkilən Güney Azərbaycan milli hərəkat fəalları uzun müddətli həbs və həbs zamanı ağır işgəncələrə məruz qalmış, onlara qarşı İranın ərazi bütövlüyünü parçalamaq və pantürkist təfəkkürünü yaymaq, ölkədə ixtişaşlar yaratmaq ittihamları verilmişdir. Həmin ittihamlar bu gün də öz qüvvəsində qalmaqdadır. www.dak.az ------------------------------------------------------------------------------- İran xarici işlər nazirinin birinci müavini iyunun 4-də Azərbaycana gələcək İran xarici işlər nazirinin birinci müavini Şeyx Əttar iyunun 4-də Azərbaycana gələcək. Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov APA-ya bildirib ki, iki gün çəkəcək səfər zamanı Azərbaycan-İran Dövlətlərarası Müştərək Komissiyasının Bakıda keçiriləcək növbəti iclasına hazırlıq məsələləri müzakirə olunacaq, iclasın tarixi müəyyənləşdiriləcək. A. Həsənovun sözlərinə görə, səfər çərçivəsində Ş. Əttarın Azərbaycan rəhbərliyi ilə də görüşləri nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycan-İran Dövlətlərarası Müştərək Komissiyasının həmsədrləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və İranın xarici işlər naziri Maniçöhr Möttəkidir. Komissiyanın toplantısı zamanı M. Möttəki də Azərbaycana səfər edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar