SON XƏBƏRLƏR

Tehranda ABŞ nümayəndəliyi açılacaq?

2021.10.20, 07:36
Tehranda ABŞ nümayəndəliyi açılacaq?

Gunaz.tv
Tehranda ABŞ nümayəndəliyi açılacaq? 20080716050518ira203x152.jpg Londonda çıxan Qardian qəzetinə əsasən, bir ay içində Amerika Tehranda ABŞ maraqları şöbəsi açmaq planlarını elan edəcək. Bu baş versə, həmin idarə az qala 30 il əvvəl İslam İnqilabından sonra Amerikanın İranda ilk diplomatik qurumu olacaq. Bundan əvvəl yüksək rütbəli Amerika rəsmisinin İranı öz uranın zənginləşdirilməsi proqramına son qoymağa çağıran danışıqlarda iştirak edəcəyi bəyan edilmişdi. ABŞ Dövlət katibinin müavini Uilliam Börns Avropa Birliyinin xarici məsələlər üzrə elçisi Xavyer Solana ilə birgə İsveçrəyə səfər edəcək. Onlar İrandan BMT-nin təklifinə dair cavab alacaqlar. ABŞ bildirib ki, cənab Börns İranın sözçüsü Səid Cəlili ilə ayrıca danışıqlar aparmayacaq və ora sadəcə danışıqları dinləmək üçün gedir. BBC müxbiri bildirir ki, bu Buş adminstrasiyası rəsmisinin İran nümayəndəsi ilə nüvə danışıqlarında ilk iştirakıdır və bu, mühüm siyasət dəyişikliyinin göstəricisidr. İndiyə qədər Buş adminstrasiyası israr edirdi ki, İran uranın zənginləşdirilməsi proqramına son qoymasa Tehranla heç bir danışığa getməyəcək. Ancaq BBC-nin Vaşinqtondakı müxbiri Conatan Bil hesab edir ki, ABŞ artıq bu şərtindən imtina edir və danışıqlara gedir. Bu arada, Tehranda nəşr edilən İran Nyuz qəzetiin baş redaktoru Əli Pəhləvan hətta Uilyam Börnzün yaxın günlərdə İrana gələcəyini də söyləyib: "Mən hətta yaxınlarda Uilyam Börnzün İrana gələcəyini istisna etmirəm, bu barədə söz-söhbətlər gəzir. Əlbəttə, bu baş versə,İran tərəfi onu dostcasına olmasa da, nəzakətlə qəbul edəcək. Problemləri bir və bir neçə görüşlə həll etmək mümkün deyil.Lakin bu böyük rəmzi məna kəsb edir. İran inqilabının əsas sütunlarından biri Amerikanı lənətləməkdir. Amerikalı rəsmi ilə bir masa arxasında oturmaq özü-özlüyündə bir çox prinsiplərin pozulmasıdır. " Birbaşa danışıqlar İran və Amerikanın nüvə böhranının həlli üçün mühüm addımlar atmasına dair işarələr son vaxtlar mühüm şəkildə nəzərə çarpmaqdadır, BBC-nin Tehran müxbiri Con Leyn belə hesab edir. İran Prezidenti Mahmud Əhmədinejad bu həftənin əvvəlində bildirib ki, o, ABŞ-la birbaşa danışıqların aparılmasında və Tehranda Amerika diplomatik missiyasının açılmasında maraqlıdır. İran inqilabından bəri Tehranda ABŞ-ın diplomatik missiyası fəaliyyət göstərməyib. İran çox güman ki, Qərbin təklifini qəbul edərək öz nüvə proqramını hazırkı vəziyyətində saxlayaraq donduracaq. Əvəzində isə Qərb İrana yeni sanksiyalar tətbiq etməyəcək, BBC müxbiri belə hesab edir. bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar