GünAz TV: Tehran polisi şəhərin “Qəsri- Firuzə” küçəsində yerləşən kafelərdən birində atışma baş verdiyi barədə məlumat yayıb.
Məlumata əsasən, “Pejo” markalı avtomobillə hərəkət edən üzləri bağlı 4 nəfər küçədə saxlayıb, Kalaşnikov markalı silahdan ətrafa atəş açmağa başlayıblar.
Hadisə nəticəsində 27 yaşlı gənc oğlanla 13 yaşlı uşaq yaralanıb. Küçədə avtomobilində əyləşmiş taksi sürücüsü isə həlak olub.
Polis qeyd edir ki, hadisəyə səbəb həmin şəxslərin kafenin sahibi ilə aralarında olan şəxsi münaqişədir. Hadisə yerindən təqribən 15 ədəd giliz götürülüb. Polis atəş açanlardan 2-sinin şəxsiyyətinin müəyyən edildiyini və onların saxlanılaraq istintaqa təhvil verilmələri istiqamətin zəruri istintaq- axtarış tədbirlərinin həyata keçirildiyini bildirir.
Ə.A