Tehranda avtobusda oturmaq istəyən sərnişinlər əvvəlcədən yerlərini rezerv etməli olacaqlar

11.04.2020, 10:53

GünAz TV: Tehranın izdihamlı xəttləri üzrə hərəkət edən avtobuslarda bu gündən etibarən oturacaqlarda əyləşmək istəyən sərnişinlər əvvəlcədən yerlərini rezerv etməli olacaqlar.

 

Bu barədə məlumat yayan "Tehranbus" şirkətinin icraçı direktoru Mahmud Tərəffo bildirib ki, paytaxt sakinləri internet üzərindən insanların gediş-gəlişinin sıx olduğu xəttlər üzrə işləyən avtobus və mikroavtobuslarda oturacaq rezerv edə biləcəklər.

 

O qeyd edib ki, sözügedən avtobus və mikroavtobuslar "ekskluziv" olmaqla yanaşı, dövlətin koronavirusla mübarizə üzrə qəbul etdiyi ictimai izolyasiya tədbirlərinin bütün müddəalarına əməl edəcək. Mahmud Tərəffonun sözlərinə görə, bu cür avtobuslar "Tehranbus" şirkətindən müstəqil olaraq fəaliyyət göstərəcəklər.

 

Rəsmi vətəndaşların avtobuslarda əvvəlcədən yer sifariş etməklə, əlavə pul ödəyib-ödəməməli olduqları ilə bağlı heç nə deməyib.

 

Xatırladaq ki, 2019-cu ilin dekabr ayının 6-da da "Tehranbus"ın sabiq icraçı direktoru Peyman Sənəndəci bu layihəni təqdim etmişdi. Lakin 1 gün sonra həm bələdiyyə sədri, həm də valisi layihəni qanunsuz adlandırmış, onun həyata keçirilməyəcəyini demişdilər. Təklif edilmiş həmin layihədə oturacağın əvvəlcədən rezerv edilməsi üçün əlavə ödəniş tələb olunması nəzərdə tutulurdu. 

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Səudiyyə Ərəbistanı 12 ildən sonra Suriyada konsulluq açacaq

2023-03-20

gun az article

İranda insanlar övladlarına geyim ala bilmir"-Xudabəxş Rzayi

2023-03-20

gun az article

Qızıl mədəninə silahlı basqın: 9 nəfər öldürüldü

2023-03-20

gun az article

Bu gün Novruz bayramıdır

2023-03-20

gun az article

Avstraliya İrana qarşı əlavə sanksiyalar tətbiq edib

2023-03-20

gun az article

“Azadlıq səsi”- “Terrorçu İranın qonşuluq diplomatiyası” və “Güney Azərbaycanın strateji xətti və milli duruşu” -VİDEO

2023-03-20

gun az article

İranlı narkotacirdən onlayn yolla heroin alan Mingəçevir sakini tutulub

2023-03-20

gun az article

Rusiyanın Ukraynadakı itkilərinin sayı 165 000-i ötüb

2023-03-20

gun az article

Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib

2023-03-20

gun az article

Ceyhun Bayramov Brüsselə gedib

2023-03-20

gun az article

Xankəndi-Laçın yolunda ekoaksiyanın 99-cu günü: etirazçılar ruh yüksəkliyi ilə tələblərini irəli sürürlər

2023-03-20

gun az article

Ermənistan Zəngilan istiqamətində atəşkəsi pozub, sərhədçimiz yaralanıb

2023-03-20

gun az article

Azərbaycan XİN xalqı Novruz bayramı münasibətilə təbrik edib-FOTO

2023-03-19

gun az article

Yaponiya Sahil Mühafizəsi: Şimali Koreya ballistik raket atıb

2023-03-19

gun az article

"Odlar yurdu, cazibədar, heyrətamiz gözəlliyə malik ölkə" - “The Travel” Azərbaycandan yazıb

2023-03-19

gun az article

Azərbaycan Prezidenti Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün şərti açıqlayıb

2023-03-18

gun az article

Dövlət başçısı Talış kəndində Novruz tonqalını alovlandırıb

2023-03-18

gun az article

İranda polisi öldürməkdə ittiham edilən şəxs edam edildi

2023-03-18

gun az article

Ermənistan səfirliyimizə hücumu pisləyən bəyannaməyə qarşı çıxdı

2023-03-18

gun az article

Çanaqqala zəfərinin 108-ci ildönümüdür

2023-03-18