SON XƏBƏRLƏR

Tehranda baş örtüyünü açan qadınlardan birinə 1 il həbs cəzası verilib

2021.10.20, 07:36
Tehranda baş örtüyünü açan qadınlardan birinə 1 il həbs cəzası verilib

Gunaz.tv

GünAzTV: İranda “İnqilab küçəsinin qızları” adı ilə tanınan, molla rejiminin məcburi hicab siyasətinə qarşı etiraz əlaməti olaraq küçədə baş örtüyünü açan qadınlardan birinə 1 il həbs cəzası verilib.

 

Bu barədə, məşhur vəkil və qadın hüquq müdafiəçisi Nəsrin Sütudə martın 27-də jurnalistlərə açıqlamasında məlumat verib. Xanım Sütudə bildirib ki, Tehran məhkəməsi, müvəkkili Məryəm Şəriətmədarini, küçədə baş örtüyünü açaraq qadınları fəsada təşviq etməkdə və gənc xanımları baş örtüklərini açmağa təşviqdə günahlandırıb: “Tehran məhkəməsinin müvəkkilimə qarşı çıxardığı bu hökm, qanunsuz və son dərəcə ədalətsiz bir qərardır. Qadınlara qarşı çıxarılan bu kimi ağır hökmlərə, adətən patriarxat (Ataxaqanlıq) düşüncə sistemi ilə idarə olunan İran, Əfqanıstan və Pakistan kimi ölkələrdə rast gəlinir.

 

Aydın məsələdir ki, İran Məhkəmə Sisteminin ölkə qadınlarına qarşı tətbiq etdiyi bu təzyiqlərdə məqsəd, məcburi hicaba qarşı çıxan xanımları və ümumilikdə cəmiyyəti qorxu və dəhşət içində saxlamaqdır. Bu isə qəbuledilməzdir”.

 

                                                          Vəkil Nəsrin Sütudə

 

Xatırladaq ki, qadınların məcburi hicaba qarşı dinc etirazına təxminən üç ay əvvəl (deyin 6-da) start verilib. Vida Müvəhhid adlı 31 yaşlı bir qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi hicaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb.

 

Son aylar,  İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçədə baş örüklərini açaraq hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildiriblər. Bununla bağlı paytaxt Tehranda və digər şəhərlərdə onlarla qadın həbs edilib.

 

Qeyd edək ki, İranda ictimai yerlərdə baş örtüyünü açan qadınlara cinayət işi açılır. Belə qadınlar, həbs zamanı polis zorakılığına məruz qalır, həbsxanada müxtəlif təhqir, təzyiq və təhdidlərlə üzləşir, həbsə və pul cəriməsinə məhkum edilirlər.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar