SON XƏBƏRLƏR

Tehranda çirkli hava səbəbindən məktəblərdə tətil elan olunub

2021.10.20, 07:36
Tehranda çirkli hava səbəbindən məktəblərdə tətil elan olunub

Gunaz.tv

GünAz TV: Tehran əyalətinin valisi Ənşirəvan Möhsünü bu gün Vəramin, Qərçək və Pişva rayonları ərazisində yerləşən bütün növ orta ümumi təhsil müəssisələrinin və uşaq bağçalarının çirkli hava səbəbindən bağlandığını deyib.

 

O qeyd edib ki, Tehran şəhərində hava keyfiyyətinin göstəricisi hələ də 133-ün üzərindədir və bu da öz növbəsində meteroloji həssaslığı olan insanlar üçün əlverişli deyil.

 

Valinin sözlərinə görə, Tehranın hava çirkliliyinin indeksi ötən günlər ərzində 10 olsa da, hazırda 150-dən yuxarıdır və bu vəziyyət sabahadək davam edəcək.

 

Digər tərəfdən, yerli media orqanlarında son 24 saat ərzində Tehran Təcili Tibbi Yardım Xidmətinə 2863 ürək və ağ ciyər xəstəliklərindən əziyyət çəkən insanın müraciət etdiyi barədə məlumatlar yayılıb.

 

Tehranın Hava Keyfiyyətinə Nəzarət Şirkətinin yaydığı statistikalar göstərir ki, ötən ilin noyabr ayından bu günə qədər keçən 1 il ərzində şəhərin hava keyfiyyəti 156 gün həssas insanlar, 8 gün isə bütün insanlar üçün əlverişsiz və riskli olub. Bəzi hallarda isə hava keyfiyyətinin indeksləri xüsusi risk həddinə çatıb.

 

Qeyd etmək lazımdır ki, 0- 40 arasında olan indeks təmiz hava, 40- 100 arasında orta keyfiyyətli hava, 100-dən yuxarı isə çirkli havadan xəbər verir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar