SON XƏBƏRLƏR

Tehranda daha 1 məhkum edam edilib

2021.10.20, 07:36
Tehranda daha 1 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranda oğurluqda və qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 məhkum edam edilib. Ölüm hökmü bir həftə əvvəl yerinə yetirilsə də, bu barədə xəbər yenicə yayılıb.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, dörd il əvvəl qızıl əşyalarını oğurlamaq məqsədilə Zəhra adlı qohumunun mənzilinə girərək qətl törədən Siyavəş adlı məhkum ötən həftə Tehranda dara çəkilib. Məhkumun edam edildiyi zindanın adı açıqlanmayıb.  

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar