SON XƏBƏRLƏR

Tehranda Dədə Xəstə Qasıma həsr olunan tədbir keçirilib – GÖRÜNTÜ

2021.10.20, 07:36
Tehranda Dədə Xəstə Qasıma həsr olunan tədbir keçirilib – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: İran paytaxtı Tehranda haqq aşığı, Dədə Xəstə Qasıma həsr olunan tədbir keçirilib.

 

Tədbir Tehranın İşraq Mədəniyyət Evində “Aşıqlar Birliyi” tərəfindən həyata keçirilib.

 

Tədbirin keçirilməsində “İşraq Mədəniyyət Ocağı”, “Aşıqlar Birliyi” və Azərbaycan ədəbiyyatı və folkloru sahəsində öz fəaliyyəti ilə seçilən aşıq Səlcuq Şəhbazinin xüsusi rolu olub.

 

 

Tədbirdə Dədə Xəstə Qasımın adı, sözü, sazı və nəğmələri bir daha canlandırılıb. Yenə də aşıqlar sazlarını türk tarixinə kökləyib, gələcək nəsillərin qulağına səsləniblər.

 

Xəstə Qasım (1684-1760) azərbaycanlı əfşar (ovşar) türklərinin hökmranlıq  dönəmində yaşayan arif, filosof, ozan və şair olub. Tarixi şəxsiyyət bugünkü Şərqi Azərbaycan Əyalətinin Tikmədaş şəhərində doğulub və həmin şəhərdə də dəfn edilib.

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar