SON XƏBƏRLƏR

Tehranda divarlara Abbas Lisaninin azadlığını tələb edən posterlər yapışdırılıb

2021.10.20, 07:36
Tehranda divarlara Abbas Lisaninin azadlığını tələb edən posterlər yapışdırılıb

Gunaz.tv

GünAz TV: İran paytaxtı Tehranda azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin qanunsuz saxlanmasının 29-cü günündə divarlara etiraz posterləri yapışdırılıb.

 

Tehranın müxtəlif məntəqələrində görünən posterlərdə tanınmış fəalın azadlığa buraxılması tələb olunub.

 

Sosial şəbəkələrdə isə “Mən də Abbas Lisaniyəm” kampaniyası sürətlə genişlənir. Ötən gün milli fəallar onlarla video yayaraq Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılan fəalın sərbəst buraxılmasını istəyiblər.

 

Abbas Lisani yanvarın 15-də Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində mühakimə olunduqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən oğurlanaraq Ərdəbil Zindanının karantin bölümünə aparılıb.

 

Fəal saxlandığı gündən ailəsi ilə heç bir əlaqə saxlamayıb, bu məsələ onun ailəsi və digər fəalların ciddi nigaranlığına səbəb olub.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar