SON XƏBƏRLƏR

Tehranda divarlara Abbas Lisaninin azadlığını tələb edən şüarlar yazılıb – GÖRÜNTÜ

2021.10.20, 07:36
Tehranda divarlara Abbas Lisaninin azadlığını tələb edən şüarlar yazılıb – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: İran paytaxtı Tehranda növbəti dəfə divarlara tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin azadlığını tələb edən şüarlar yazılıb.

 

Aprelin 9-da yazılan şüarlar arasında “Abbas Lisani azad olsun”, “Yaşasın Abbas Lisani”, “Abbas Lisanini azad edin”, “Yaşasın Azərbaycan” və s. kimi şüarlara rast gəlinir.

 

Oxşar şüarlara bundan əvvəl Güney Azərbaycanın Muğan, Ərdəbil, Əhər, Urmiyə, Çaypara, Xalxal və digər şəhərlərində rast gəlinib.

 

Abbas Lisani yanvarın 15-də Təbriz İnqilab Məhkəməsində qiyabi məhkəmə hökmünə verdiyi etiraza baxıldığı zaman təhlükəsizlik qüvvələri tərəfindən oğurlanaraq Ərdəbil Eteelaat İdarəsinin təcrixanasına, oradan isə Ərdəbil zindanına aparılıb.

 

Fəal yaxalandığı gündən Tehran Əyaləti də daxil olmaqla Güney Azərbaycanın əksər şəhərlərində onun saxlanmasına qarşı müxtəlif formalarda etirazlar başlayıb. İnternet və real həyatda edilən etirazlara “Traxtur” futbol komandasının tərəfdarları da qoşulub. Onlar komandanın görüşlərində tanınmış fəalın azadlığa buraxılmasını tələb edən şüarlar səsləndirir və rejimin bu hərəkətini kəskin pisləyirlər.

Azərbaycanlıların tanınmış fəalın qeyri-müəyyən vəziyyətdə saxlanması ilə bağlı etirazları davam edir.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar