SON XƏBƏRLƏR

Tehranda ictimai nəqliyyatın hərəkəti dayandırılıb

2021.10.20, 07:36
Tehranda ictimai nəqliyyatın hərəkəti dayandırılıb

Gunaz.tv

GünAz TV: İranın Koronavirusun İdarəetmə Qərargahı Komandanlığı Şurası Tehran şəhərində ictimai nəqliyyatın fəaliyyətininin dayandırılmasına dair qərar qəbul edib.

 

Qərara əsasən, artıq şəhərdə metro, avtobus və servis avtobusları kimi ictimai nəqliyyat növlərinin hərəkəti məhdudlaşdırılır.

 

Lakin yanacaq daşıyan, təcili tibbi yardım, ərzaq və dərman daşıyan, eləcə də polis və təhlükəsizlik orqanlarına məxsus nəqliyyat vasitələri kimi xüsusi təyinatlı avtomobillərin istər şəhər daxilində hərəkətinə, istərsə də Tehran əyalətindən kənara çıxmasına icazə verilir.

 

Qeyd etmək lazımdır ki, bu qərarın qəbulundan bir neçə saat əvvəl Tehran Şəhər Şurasının sədri Möhsün Haşimi Rəfsəncani koronavirusun yayılmasının qarşısını almaq üçün rəsmiləri ictimai nəqliyyatın hərəkətini məhdudlaşdırmağa çağırmışdı.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar