SON XƏBƏRLƏR

Tehranda mənzillərin ortalama qiyməti 86 faiz bahalaşıb

2021.10.20, 07:36
Tehranda mənzillərin ortalama qiyməti 86 faiz bahalaşıb

Gunaz.tv

GünAz TV: İran Yol və Şəhərsalma Nazirliyinin Mənzil Planlaşdırılması və İstismarı şöbəsi ölkədə cari ilin yavarın 21-dən fevralın 19-na qədər Tehranda satılan mənzillərin qiymətləri ilə bağlı stasitika dərc edib.

 

Statistikaya əsasən, qeyd edilən zaman dilimində satılmış mənzillərin 1 m²- nin ortalama qiyməti 10 milyon 66 min tümən civarında olub. Satılmış mənzillərin sayında isə ötən ilin analoji dövrü ilə müqayisədə azalma müşahidə olunub. Belə ki, 2018-ci ilin yanvar- fevral ayı ərzində 18692 mənzil satılmışdısa, bu il bu rəqəm 49 faiz azalma ilə 9531 məzildən ibarət olub.

 

Bu ilin yuxarıda qeyd edilən dövründə Tehranda satılan mənzillərin 1 m²- nin ortalama qiyməti ötən ilin oxşar dövrü ilə müqayisədə 86 faiz yüksəlib. Hansı ki, bu rəqəm ötən il 5 milyon 406 min tümən təşkil edirdi.

 

Ən çox mənzil alanan bölgələr isə müvafiq olaraq Tehranın 5-ci, 4-cü və 2-ci məntəqələri olub. Ən az ev isə 19-cu məntəqədən alınıb. Ən bahalı evlər isə 1-ci məntəqədə satılıb. Burada evlərin qiymətinin orta nisbəti hər 1 m²-ə görə 21 milyon 624 min tümən olub. Qiymət bahalığına görə növbəti yerlərdə müvafiq olaraq 2-ci və 3-cü məntəqələr qərarlaşıblar. Ən ucuz evlər isə 18-ci məntəqədə satılıb.

 

Yayımlanan rəsmi məlumatlar göstərir ki, İrana qarşı yenidən qəbul edilmiş sanksiyalar tikinti və mənzil bazarına da təsirsiz ötüşməyib. Tehranın bütün bölgələrində satılan evlərin qiymətləri ötən il ilə müqayisədə 50%-dən çox bahalaşıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar