Tehranda mənzillərin qiymətinin 1 ildə 112% artması bazarda durğunluq yaşanmasına səbəb olub

31.05.2019, 15:00

GünAz TV: İran Mərkəzi Bankının yeni dərc etdiyi hesabata görə, İranda cari ilin “ordibeheşt” ayı (21 aprel-21 may 2019-red.) ərzində Tehranda ümumilikdə 12100 mənzil satılıb, bu isə ötən ilin analoji vaxtı ilə müqayisədə 76.5% azalma deməkdir.

 

Bu azalmanın əsas səbəbi hazırda İranda bütün sahələrdə hökm sürən kəskin bahalaşmadır. Əmlak bazarında isə qiymətlərin həddən artıq yüksəlməsi evlərin müştərisiz qalması və bazarda durğunluq yaşanmasına səbəb olub. Belə ki, qeyd edilən zaman dilimində Tehranda əmlak satışı ilə məşğul olan agentliklərin verdiyi məlumata əsasən, mənzillərin 1 m²-nin qiyməti təqribən 127 milyon riyal olub. Bu isə “fərvərdin” (21 mart-21 aprel 2019-red.) ayına nisbətən 12.5%, ötən ilin “ordibeheşt” ayı ilə müqayisədə isə 112% bahalaşma deməkdir.

 

Xatırladaq ki, 2018-ci ilin may ayının 8-də Amerika Birləşmiş Ştatlarının rəsmi Tehranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasından çıxmasından bu günə qədər İranın milli pul vahidləri öz dəyərini ən azı 70% itirib. Ölkədə inflyasiya həddi 1 ilin içərisində 52%-ə qədər yüksəlib.

 

Mənzillərlə bağlı yayılan statistikalar göstərir ki, bu sahədə bahalaşma həddi iqtisadiyyatın digər sektorlarından daha yüksəkdir. İran Mərkəzi Statistika Komitəsi isə Mərkəzi Bankın əksinə olaraq, bu sahədə də aşağı rəqəmlər təqdim etməklə, əslində mənzil qiymətlərinin guya 24.9% qalxdığını iddia edir. Halbuki, mövcud və ötən ilki bazar qiymətlərini müqayisə etdikdə, qiymətlərin hətta Mərkəzi Bankın təqdim etdiyi rəqəmlərdən də çox yüksəldiyi görünür.

 

Mərkəzi Bankın statistikasında ev kirayələrinin haqqının da “ordibeheşt” ayında ötən ilin eyni dövrü ilə müqayisədə 22.6% artım müşahidə edildiyini bildirilir, hansı ki, Mərkəzi Statistika Komitəsinin təqdim etdiyi statistikada da artım nisbəti eyni göstərilib.

 

Qeyd etmək lazımdır ki, İranın rəsmi statistikaları heç vaxt mütəxəssislər tərəfindən qəbul edilmir. Onlar bildirirlər ki, İranın dövlət idarələri daxili narazılıqlara səbəb olmamaq üçün hər zaman rəsmi statistikalarda rəqəmləri olduğundan dəfələrlə aşağı göstərirlər.

 

Mərkəzi Bankın statistikasına əsasən, ən böyük qiymət artımı 134%-lə Tehranın 9-cu, ən aşağı isə 85%-lə 19-cu mikrorayonunda qeydə alınıb.

 

Tehranın 22 mikrorayonu içərisində ən bahalı evlər 1-ci mikrorayonda 1 m² təqribən 260 milyon riyal, ən ucuz mənzillər isə 18-ci mikrorayonda 1 m² təqribən 59 milyon riyal olmaqla satılıb. Bu rəqəmlər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 107 və 118% artım olduğunu göstərir.

 

Tehranda aprel-may ayları ərzində ümumilikdə 15600 mənzil satılıb, bu isə ötən ilin analoji dövrünə nisbətən 35.% azalma deməkdir.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda bayram günlərində baş verən yol qəzalarında yüzlərlə insan ölüb

2023-03-31

gun az article

Ukrayna nüvə dövləti statusunu qaytarmaq istəyir- Petisiya hazırlandı

2023-03-31

gun az article

İran Daxili İşlər Nazirliyi hicabsızları hədələdi

2023-03-31

gun az article

Qubada soyqırımı qurbanlarının xatirəsi anılır

2023-03-31

gun az article

Blinken və Koen İranı müzakirə etdi

2023-03-31

gun az article

İranla sərhəddə əməliyyat: saxlanılanlar var

2023-03-31

gun az article

Ukrayna İran dronlarını məhv etdi

2023-03-31

gun az article

Rəştdə qadınlar mollanı bıçaqlayıb

2023-03-31

gun az article

Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb

2023-03-31

gun az article

Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür

2023-03-31

gun az article

Xankəndi-Laçın yolunda etirazçılar 110 gündür dünya ictimaiyyətinə çağırışlar edir

2023-03-31

gun az article

İsrailin ən qabaqcıl casus peyki İranın fəaliyyətinə nəzarət etmək üçün orbitə buraxıldı

2023-03-31

gun az article

Azərbaycan MN: "İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir"

2023-03-30

gun az article

Ağ Evin sözçüsü: "ABŞ İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatdır”

2023-03-30

gun az article

İranlı millət vəkili hökumətin iqtisadi siyasətini tənqid etdi

2023-03-30

gun az article

İran casusu bu ölkədə ələ keçdi: "Bakıya sui-qəsd hazırlayırdıq"-VİDEO

2023-03-30

gun az article

Suriyada SEPAH-ın bazalarına zərbələr endirildi

2023-03-30

gun az article

İranın təhdidləri Amerikanın diqqətini yenidən Yaxın Şərqə yönəldib

2023-03-30

gun az article

İsrail Prezidenti Ceyhun Bayramovu qəbul edib

2023-03-30

gun az article

"Daxildə İrana bağlı qüvvələr zərərsizləşdirilməlidir"-Baş redaktor

2023-03-30