SON XƏBƏRLƏR

Tehranda parklar yenidən bağlanıb

2021.10.20, 07:36
Tehranda parklar yenidən bağlanıb

Gunaz.tv

GünazTV: İranda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə paytaxt Tehranda parklar yenidən bağlanıb.

 

Bu haqda Tehranın Parklar Təşkilatının icraçı direktoru Əli Məhəmməd Muxtari aprelin 14-də mediaya açıqlamasında bildirib.

 

Muxtari deyib ki, paytaxt parkları Novruz bayramından sonra bir həftəliyə açılsa da, İranda Koronavirusla Mübarizə Qərargahının göstərişi ilə yenidən bağlanıb: “Son günlər Koronavirusla Mübarizə Qərargahı Tehran Şəhər İcra Hakimiyyətinə müraciət edərək parkların yenidən bağlanmasını tələb edib. Məqsəd isə koronavirusun yayılmasının qarşısını almaqdır.

 

Nəticədə, Koronavirusla Mübarizə Qərargahının bu müraciətini nəzərə alaraq, paytaxt parkları 3 gündən bu yana yenidən bağlanıb və parklara girişə qoyulan qadağalar növbəti xəbərdarlığa qədər davam edəcək” -deyə, Tehranın Parklar Təşkilatının icraçı direktoru li Məhəmməd Muxtari bəyan edib.

 

 

A.M

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar