SON XƏBƏRLƏR

Tehranda qrim edərək saqqal qoyub futbol stadionuna daxil olan 6 qız həbs edilib

2021.10.20, 07:36
Tehranda qrim edərək saqqal qoyub futbol stadionuna daxil olan 6 qız həbs edilib

Gunaz.tv

GünazTV: İranda qrim edərək saqqal qoyan və özlərini kişi şəklinə salaraq futbol yarışını izləmək üçün Tehranın “Azadi” stadionuna yol tapan 6 qız həbs edilib.

 

Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılsa da, İrandakı hüquq müdafiəçiləri qızların həbs edildiyi ilə bağlı yayılan xəbəri təsdiq ediblər.

 

Bildirilir ki, avqustun 12-də Tehranın “Azadi” stadionuna daxil olan ən azı 6 qız “Sepah”ın ETTELAAT Təşkilatı əməkdaşları tərəfindən həbs edilərək, paytaxtın cənubunda yerləşən Qərçək zindanına aparılıblar. Həbs edilən qızlardan 4-ünün adları Zəhra Xoşnəvaz, Leyli Məleki, Hədiyyə Mərvəsi və Furuq Əlayidir. Saxlanılan digər iki qızın adları hələlik bəlli deyil.

 

Yayılan bəzi məlumatlarda futbol həvəskarı olan qızların həbsinin, İran Futbol Federasiyasının rəisi Mehdi Tacın tələbi ilə həyata keçirildiyi bildirilsə də, həmin qurumun sözçüsü Əmir Mehdi Ələvi bu xəbəri təkzib edərək, İran Futbol Federasiyasının qızların həbsində hər hansı bir rol oynamadığını vurğulayıb.

 

Sosial şəbəkələrdə “Azadi qızları” adı ilə məşhurlaşaraq həbs edilən qızlardan biri Furuq Əlayi, “İqtisadiyyat dünyası” qəzetinin müxbiri və fotoqrafıdır.

 

 

Qeyd edək ki, İran İslam Respublikasında hakim ruhanilərin tələbi əsasında qadınların idman zallarına və futbol stadionlarına girişinə qadağa qoyulub. Beynəlxalq Futbol Federasiyası (FİFA) isə İran rejiminə və bu ölkənin futbol federasiyasına qadınları stadionlara buraxmaq üçün sentyar ayına qədər vaxt verib. FİFA bildirib ki, həmin müddətdən sonra Tehran rejimi qadınları  stadionlara buraxmasa, İran Futbol Federasiyasına qarşı cəza tədbirləri həyaya keçirməyə başlayacaq.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar