SON XƏBƏRLƏR

Tehranda türk yazıçısı Orxan Pamukun oxucuları ilə görüşünün qarşısı alınıb

2021.10.20, 07:36
Tehranda türk yazıçısı Orxan Pamukun oxucuları ilə görüşünün qarşısı alınıb

Gunaz.tv

GünAzTV: Məşhur türk yazıçısı, 2006-cı il, ədəbiyyat üzrə Nobel mükafatının laureatı Orxan Pamukun Tehranda oxucuları ilə görüşünün qarşısı alınıb.

 

Tehranda keçirilən beynəlxalq kitab sərgisinə qatılmaq üçün İran nəşriyyatçılarının rəsmi dəvəti ilə ölkəyə səfər edən Orxan Pamuk üçün əvvəlcədən nəzərdə tutulmuş iki ədəbi və mədəni proqramın keçirilməsinə icazə verilməyib.

 

Dünya şöhrətli türk yazıçısı üçün mayın 9-da Tehranın “Humanitar Elmələr üzrə Mütəfəkkirlər Evi”ndə nəzərdə tutulmuş “Orxan Pamuk gecəsi” proqramı naməlum səbəblər üzündən təhlükəsizlik qurumları tərəfindən ləğv edilib. Bunun ardınca, İranın təhlükəsizlik qurumları, mayın 10-da Tehranın beynəlxalq kitab sərgisində, “Qoqnus” nəşriyyatının guşəsində Pamukun iranlı oxucuları ilə nəzərdə tutulmuş görüşü də son anda ləğv edilib. İran rəsmiləri müxtəlif bəhanələrlə hər iki proqramın keçirilməsinin qarşısını alaraq, bunu yazıçı oxucularının izdihamı və bunun üçün münasib bir zalın olmaması ilə əlaqələndiriblər.

 

Orxan Pamuku İrana dəvət edənlərdən biri olan iranlı yazıçı Mustafa Məstur, jurnalistlərə açıqlamasında İranın məsul şəxslərinin türkiyəli həmkarına etdiyi hörmətsizliyə görə xəcalət çəkdgiyini bildirərək, hakim sistemin mədəni sahədə apardığı siyasətini kəskin tənqid edib: “Mən, bir iranlı yazıçı olaraq öz növbəmdə bir türk yazarı ilə belə davranmasından utanıb xəcalət çəkirəm. Məsələ mədəni baxımdan çox sadədir. Bir nəşriyyatçı, qanuni yolla əsərlərini tərcümə elətdirib, qanuni yolla çap etdirib yaydığı və ölkədə çoxlu oxucusu olan bir yazıçını qanuni yolla ölkəyə dəvət edib. Yazıçıdan xahiş olunub ki, bir neçə ədəbi görüşdə iştirak etsin və oxucuları ilə söhbət etsin. Belə bir görüşün keçirilməsi üçün də əvvəlcədən aidiyyətli qurumlardan icazə alınıb. Dəvət olunan yazıçı da qanuni yolla ölkəyə səfər edib. Lakin hər şeyin qanuni olmasına  baxmayaraq, yenə bəziləri məsələni mürəkkəbləşdirərək ona siyasi don geyindirir, bunun qarşısını alır və bu qədər sadə və adi bir məsələni təhlükəsizlik məsələləri ilə əlaqələndirirlər.

 

Daha doğrusu, Orxan Pamukun bir neçə ədəbi-mədəni proqrama qatılmasının qarşısını almağın əxlaq prinsiplərinə nə qədər zidd olduğunu bir kənara qoysaq belə, ona qarşı edilən belə bir hörmətsizlik, bizim mədəni aləmimizin siyasətini təyin edən şəxslərin dünyadan nə qədər məlumatsız olduğunu göstərir”.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar