Tehranda həbslər başladı: Xuzistana dəstək verən fəallar saxlanıldı

2021-07-21 12:51

İyulun 20-də İranın Daxili İşlər Nazirliyinin binası qarşısında toplaşaraq, Xuzistan əhalisinin etirazlarına dəstək verən bir qrup siyasi-mədəni fəal həbs edilib.

Gunaz.tv Quote | Gunaz article

Yayılan məlumata əsasən, Xuzistan etirazçılarına dinc dəstək aksiyası keçirən siyasi-mədəni fəallar, Zərdüşt küçəsində yürüş keçirməyə cəhd edərkən hökumət qüvvələrinin zorakılığına məruz qalıblar.


Bildirilir ki, polis və mülki geyimli təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalan tanınmış zəncanlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədi, Arəş Sadiqi, Cəfər Əzimzadə, Rəsul Budaqi, Arəş Keyxosrəvi, Puran Nazimi, Həmid Asəfi və Behzad Homayuni vəhşicəsinə döyülərək həbs ediliblər. 


Həbs edilənlərin hazırda harada saxlanılması barədə hər hansı bir məlumat yayılmayıb.


Qeyd edək ki, uzun müddət həbsdə saxlandıqdan sonra yenicə azadlığa buraxılmış hüquq müdafiəçisi Nərgiz Məhəmmədi bundan əvvəl sosial şəbəklərdə yaydığı videolarda Xuzistan əhalisinin dinc etirazlarına dəstək verdiklərini bildirmişdi.


“Biz Xuzistan əhalisini dəstəkləyirik. Xuzistan əhalisinin qırğını dayandırılmalıdır.  Hesab edirik ki, İran hakimiyyəti bu qətliamları dayandırmalıdır. Xuzistan əhalisi susuzdur.

Xuzistanlıların azad toplantılar keçirməyə, dinc şəkildə etirazlara qatılmağa haqqı var və islam respublikası rejimi etirazçıları küçədə öldürə bilməz”, -deyə Nərgiz Məhəmmədi bildirmişdi. 

تصویر لینک

Xuzistanda içməli sudan məhrum qalmış susuz bir ana 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ceyhun Bayramov: "Azərbaycan bundan sonra da Türkiyəyə hər cür yardıma hazırdır"

2021-08-01

gun az article

Azərbaycanda daha 671 nəfərdə koronavirusa yoluxma aşkarlanıb, 4 nəfər ölüb

2021-08-01

gun az article

Xuzistanda hüquq mühafizə qüvvələrinin avtomobilinə atəş açılıb: 1 polis əməkdaşı öldürülüb

2021-08-01

gun az article

Tehranda incəsənət xadimlərinin dəvəti ilə Xuzistana dəstək aksiyası keçirilib – VİDEO

2021-08-01

gun az article

Tural Gəncəliyev: “Jirinovski və onun kimiləri yeni reallığı qəbul edə bilmir”

2021-08-01

gun az article

Sabah temperatur 36 dərəcəyə yüksələcək, bölgələrə yağış, dolu yağacaq

2021-08-01

gun az article

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

2021-08-01

gun az article

İordaniya Suriya ilə sərhədi bağladı

2021-08-01

gun az article

Tokio-2020: Azərbaycanın 3 idmançısı mübarizə aparacaq

2021-08-01

gun az article

Rusiyalı alim: “Kütləvi peyvəndləmə daha təhlükəli infeksiya variantlarının qarşısını alacaq”

2021-08-01

gun az article

Mövqelərimiz Naxçıvan istiqamətində atəşə tutulub

2021-08-01

gun az article

Türkiyədəki yanğınlarla bağlı Diasporla İş üzrə Dövlət Komitəsində “qaynar xətt” yaradıldı

2021-07-31

gun az article

Türkiyə Prezidenti azərbaycanlı yanğınsöndürənlərin gördüyü işlərdən danışdı-VİDEO

2021-07-31

gun az article

Azərbaycan Türkiyəyə sabah helikopter göndərəcək

2021-07-31

gun az article

Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərib"

2021-07-31

gun az article

Azərbaycanda son sutkada 633 nəfər COVID-19-a yoluxub, 174 nəfər sağalıb

2021-07-31

gun az article

Əfqanıstanda 60 nəfər selin qurbanı oldu

2021-07-31

gun az article

Türkiyədə meşə yanğınlarından həlak olanların sayı 6-ya çatıb

2021-07-31

gun az article

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

2021-07-31

gun az article

Milli Məclis sədri növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb

2021-07-31