SON XƏBƏRLƏR

Tehrandan Dəməşqə uçan təyyarə son anda Suriya HHQ tərəfindən vurulmaqdan qurtulub

2021.10.20, 07:36
Tehrandan Dəməşqə uçan təyyarə son anda Suriya HHQ tərəfindən vurulmaqdan qurtulub

Gunaz.tv

GünAz TV: Tehrandan Dəməşq istiqamətində uçan sərnişin təyyarəsi Suriya Hərbi Hava Qüvvələri tərəfindən vurulmaqdan son anda xilas olub.

 

“Ria Novosti”nin Rusiya Müdafiə Nazirliyinə istinadən yaydığı məlumata görə, bu gün səhər saatlarında Suriya Hava Hücumundan Müdafiə bölmələri təyyarəni İsrail qırıcıları ilə səhv salıblar.

 

Lakin son anda göyərtəsində 172 sərnişin olan “Airbus” tipli həmin təyyarənin pilotu təhlükəni anında hiss edib və Laziqiyyə hava limanına təcili eniş üçün müraciət edib. Təyyarə istiqamətində raket buraxmağa hazır vəziyyətdə dayanmış suriyalı hərbçilər son anda onun sərnişin təyyarəsi olduğunu anlayıblar və daha bir faciənin qarşısı alınıb.

 

Laziqiyyə hava limanını Suriyada olan rusiyalı hərbçilər hərbi baza kimi istifadə edirlər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar