SON XƏBƏRLƏR

Tehranı qara buludlar bürüyür_Heç kəs deyə bilməz ki, müharibə olmayacaq, istənilən məcaraçı addıma gedə bilərlər

2021.10.20, 07:36
Tehranı qara buludlar bürüyür_Heç kəs deyə bilməz ki, müharibə olmayacaq, istənilən məcaraçı addıma gedə bilərlər

Gunaz.tv
Tehranı qara buludlar bürüyür "Heç kəs deyə bilməz ki, müharibə olmayacaq, istənilən məcaraçı addıma gedə bilərlər" tehran2.jpg İyulun 19-da ABŞ və İran arasında son 30 ildə ilk dəfə Cenevrədə yüksək səviyyədə birbaşa danışıqlar keçirilib. Dövlət Departamentinin üçüncü ən yüksək səviyyəli rəsmisi sayılan Uilyam Berns Avropa Birliyinin xarici işlər komissarı Havyer Solana ilə birlikdə İranın nüvə məsələləri üzrə rəsmisi Səid Cəliliylə görüşüb və Tehranın nüvə proqramı ətrafında yaranmış mübahisələr diqqət mərkəzində olub. Görüşdən dərhal sonra yayılan xəbərlərdə bildirilir ki, Havyer Solana nəticələrdən bir qədər çaşqın qalıb. Tehran "5+1" qrupunun irəli sürdüyü təkliflər paketinə hər hansı konkret cavab verməyib. Ramiz Mikayıloğlu Həmin paketdə iqtisadi güzəştlər müqabilində Tehrandan uranın zənginləşdirilməsi prosesini dayandırmaq tələb olunur. Havyer Solana da deyib ki, İran beynəlxalq ictimaiyyətin gözlədiyi suala hələlik cavab verməyib. Bununla belə, o ümid etdiyini vurğulayıb ki, İran xalqı qarşıdurma əvəzinə əməkdaşlıq təklifinin yaradacağı imkanları başa düşür və danışıqlar iki həftədən sonra bərpa olunacaq. Analoji mövqeni Uilyam Berns də ifadə edib. Yayılan məlumatlara görə, növbəti iki həftə ərzində Tehran danışıqlarda Vaşinqtonun istədiyi cavabları verməsə, bu ölkəyə qarşı hərbi əməliyyatların müzakirəsi qaçılmaz olacaq. Cenevrə danışıqlarından sonra Səid Cəlili İranın görüşdə müsbət ideyalar irəli sürdüyünü dilə gətirib. O, bu ideyaların nədən ibarət olduğunu açıqlamayıb: "Bizim təklif etdiyimiz paketdə imkanlar öz əksini tapıb. Zənnimcə, biz bu imkanları itirməməliyik. Bu paket əməkdaşlığa imkan verir". Səid Cəlili onu da deyib ki, Tehran nə iki həftədən sonrakı, nə də başqa danışıqlarda uranın zənginləşdirilməsi prosesinin dayandırılmasını müzakirə etmək niyyətində deyil. Cenevrədən Ankaraya gələn İranın nüvə məsələləri üzrə rəsmisi Səid Cəlili Türkiyənin xarici işlər naziri Əli Babacanla görüşdə yeni müzakirələr prosesində Türkiyənin önəmli rol oynadığını söyləyib. Əli Babacan qeyd edib ki, Ankara hər bir müstəqil dövlətin nüvə texnologiyasını sülh məqsədiylə istifadə edə biləcəyinə, bunun bir haqq olduğuna inanır". ABŞ dövlət katibi Kndaliza Rays da birmənalı danışıb: "İran çətin və qorxulu dövlətdir. Bu ölkə bizim dostlarımıza, beynəlxalq sülhə və sabitliyə təhlükə yaradan siyasət yeridir, terrorizmi müdafiə edir, nüvə silahı yaratmaq üçün texnologiya yaradır. Ancaq biz hər zaman demişik ki, hər bir dövlətin öz kursunu dəyişmək imkanı var. Biz Cenevrə danışıqlarını qiymətləndirəcəyik. İranın aydın cavab üçün iki həftə vaxtı var". Bəs proseslərin gələcək inkişafı necə olacaq? Məsələylə bağlı fikirlərini öyrəndiyimiz politoloq Zərdüşt Əlizadə deyir ki, ABŞ Tehranı diz çökdürməyə çalışır, ikinci diz çökmək istəmir. ABŞ gücünə və müttəfiqlərinin çoxluğuna istinad edir. Vaşinqtonun uğuru odur ki, İrana təzyiqi özünün deyil, beynəlxalq ictimaiyyətin adından edir. Yəni böyük dövlətləri öz siyasətinə şərik edir. ABŞ guya sülh təşəbbüsü irəli sürür, əslində Tehranı daha ağır və çıxılmaz vəziyyətə salır. İki həftədən sonra konsensusa gəlinməsə müharibənin olub-olmayacağına gəlincə, politoloq düşünür ki, bunu heç kəs deyə bilməz. Çünki bu o qədər çevik əməliyyatdır ki, hətta Konqresdə də çoxları bunu bilmir. Məsələn, iki il əvvəl kimcə inanmırdı ki, ABŞ İrana hücum etməyəcək, belə bir hucumu çoxları gözləyirdi. İki il keçdi və belə bir hücum olmadı. İndi də seçki ilidir, ABŞ prezidenti öz postundan gedir, Corc Buşun mövqeləri qat-qat zəifləyib. İraqda və Əfqanıstanda aparılan hərbi-təcavüzkar siyasət iflasa uğrayıb: "Bununla yanaşı, heç kəs deyə bilməz ki, müharibə olmayacaq. Çünki İsrail indi ağır günlər yaşayır, ərəb müqaviməti bir az püxtələşib, güclənib. ABŞ da bir Amerika dünyası xülyalarıyla yaşayır. Belə olan halda istənilən məcaraçı addıma gedə bilərlər. Ələlxüsus, onlar bilirlər ki, hər hansı cəza ilə üzləşməyəcəklər, bekynəlxalq hüquq normaları işləmir". Onun sözlərinə görə, informasiya aləminə də Qərb nəzarət edir. İstədikləri əməli həyta keçirdikdən sonra ona qanunulik və məqsədəuyğunluq donu geyindirirlər. Bunu vaxtilə bolşeviklər, indi isə respublikaçılar edir. Zərdüşt Əlizadə İranın böyük tarixə malik və təcrübəli diplomatiyasının mövcudluğunu da nəzərə almağı zəruri sayır: "Onlar hər gün ölçüb-biçirlər ki, İranın başının üstünü almış qara buludlar həqiqətən yağış, dolu gətirəcək, yoxsa guruldayıb, ildırım çaxacaq, sonra da həmin buludu küləklər aparacaq. Ümid edirəm, İran diplomatiyası gerçək amilləri nəzərə alıb imkan verməycək ki, ölkənin başına fəlakət gəlsin. ABŞ və İsrailin birgə hücumu İranı tar-mar edə bilər. Çünki qüvvələr nisbəti xeyli fərqlidir, ABŞ və İsrailin texnoloji üstünlüyü böyükdür. Əlbəttə, İraq və Əfqanıstan müharibələrinə nisbətən onlar daha böyük itki verəcəklər, amma İranın hərbi-sənaye kompleksi darmadağın olacaq". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar