SON XƏBƏRLƏR

Tehranın axundundan rəsmilərə çağırış: “İdari işlərlə bağlı imam Zamana məlumat verin”

2021.10.20, 07:36
Tehranın axundundan rəsmilərə çağırış: “İdari işlərlə bağlı imam Zamana məlumat verin”

Gunaz.tv

GünAz TV: Tehranın imam cüməsi Məhəmməd İmami Kaşani ötən günki cümə xütbəsində Qərbin qəbul etdiyi sanksiyalar nəticəsində ölkənin böyük təzyiqlə üz-üzə qaldığını deyib.

 

Axund çıxışı zamanı Qərb əleyhinə fikirlər səsləndirib, “düşmənin” iqtisadiyyatı və ölkənin bir çox sahəsini təzyiqə məruz olduğunu deyib. O, həmçinin ölkə məsullarına xitabən onları “imam Zamana idari işlərlə bağlı məlumat və hesabat təqdim etməyi” istəyib.

 

“Düşmən ölkəni iqtisadi, siyasi və əxlaqi dəyərlər baxımından təzyiq altında saxlayır. İmam Zamana məlumat vermək borcumuzdur. Ölkə rəsmiləri də idari məsələlər barədə imam Zamana hesabat və məlumat verməlidirlər”- deyə Tehranın imam cüməsi əlavə edib.

 

Kaşani həmçinin qeyd edib ki, “rəsmilər imam Zamana vaxt ayırsınlar və əsrin imamının hansı məsuldan razı, hansından narazı olduğunu görsünlər”.

 

Qeyd etmək lazımdır ki, iranlı axundlar ictimai rəyi ölkə problemlərindən yayındırmaq üçün tez-tez belə gülməli fikirlər səsləndirirlər. Məhəmməd İmami Kaşani məsulları imam Zamana hesabat verməyə çağırsa da, qeybdə olduğu iddia edilən imamla əlaqə qurmağın yolları barədə heç nə deməyib.

 

Ə.A

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar