SON XƏBƏRLƏR

Tehranın basketbol stadionunda “Yaşa Azərbaycan” sədası – VİDEO

2021.10.20, 07:36
Tehranın basketbol stadionunda “Yaşa Azərbaycan” sədası – VİDEO

Gunaz.tv

GümAz TV: Fevralın 10-da Tehranın “Mehram” basketbol komandası Təbrizin “Şəhrdari” takımını Azadi stadionunda qəbul edib, oyun zamanı Azərbaycan komandasının tərəfdarları stadionda xüsusi aktivlik göstərib.

 

Super liqa yarışlarının final mərhələsində keçirilən görüş 86:95 hesabı ilə Azərbaycan komandasının xeyirinə sona çatıb. Görüşə qədər “Mehram” komandası 3 qarşılaşmadan 2-də qalib gəldiyi üçün bu görüşdə yenidən qalib gəlsəydi super liqanın çempionu olacaq idi. Lakin “Şəhrdari” komandası oyunun qalibi olduğu üçün, çempion fevralın 13-də Təbrizdə keçiriləcək növbəti oyunda müəyyənləşəcək.

 

Məlumata görə, görüşdə “Şəhrdari”nin azərbaycanlı tərəfdarları oyun zamanı xüsusi aktivlik göstəriblər. Onlar “Sən çağırsan gələrəm mən – Sən yaşa Azərbaycan” sədaları ilə stadionu lərzəyə gətirib və doğma komandanı qələbəyə ruhlandırıblar.

 

https://www.youtube.com/watch?time_continue=31&v=KegruCwsBbk

 

 

Bu arada Güney Azərbaycanın Üskü şəhərində kəndlərin komandaları arasında keçirilən idman yarışlarında çoxlu milli şüarların səsləndirildiyi bildirilir.

 

Aşağıdakı videoda göründüyü kimi, Günbər- Aşistan komandalarının görüşü zamanı “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarı səsləndirilib.

 

https://www.youtube.com/watch?time_continue=6&v=C3osoFaQkro

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar