SON XƏBƏRLƏR

Tehranın İnqilab küçəsində on minlərlə tələbə etiraz yürüşü keçirərək rejimə qarş şüarlar səsləndiriblər -VİDEOLAR

2021.10.20, 07:36
Tehranın İnqilab küçəsində on minlərlə tələbə etiraz yürüşü keçirərək rejimə qarş şüarlar səsləndiriblər -VİDEOLAR

Gunaz.tv

GünAzTV: Dekabrın 31-də Tehranın İnqilab küçəsində on minlərlə tələbə və dinc vətəndaş birgə etiraz yürüşü keçirərək, rejimə qarşı şüarlar səsləndiriblər.

 

Tehran Universiteti tələbələrinin Azad Elmi-Tədqiqat Universiteti tələbələrinin etirazlarına dəstək məqsədilə sosial şəbəkələrdə etdiyi çağırışına əsasən keçirilən kütləvi etirazlara paytaxtın ali təhsil ocaqlarında təhsil alan on minlərlə tələbə və onlara dəstək verən dinc əhali qatılıb. Yürüş iştirakçıları, Azad Elmi-Tədqiqat Universitetinin 10 tələbəsinin bir neçə gün əvvəl avtobus qəzasında həlak olmasına etiraz bildirərək, rejimə qarşı şüarlar səsləndirib, səriştəsiz rəsmiəri istefaya çağırıblar.

 

“Bişərəf, bişərəf”, “Ləyaqətsiz məsul şəxs istefa, istefa”, “Diktatora ölüm”, “Biz axund respublikasını istəmirik”, “Millət, rejim qüvvələrindən qorxmayın, biz hamımız birlikdəyik” və digər şüarlar səsləndirən dinc etirazçılar, Tehran Universitetinin yaxınlığında polis və təhlükəsizlik qüvvələrinin zorakılığına məruz qalıblar. Hökumət qüvvələri yürüş iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edərək onları dağıtmağa çalışıblar. Nəticədə, polisə müqavimət göstərən onlarla etirazçı həbs edilərək naməlum istiqamətə aparılıb. Rejim saytları isə etirazlarda hər hansı bir şəxsin həbs edilmədiyini iddia edirlər.  

 

Hazırda Tehran Universitetində və Azad Elmi-Tədqiqat Universitetinə gedən yollarda silahlı polis qüvvələrinin yerləşdirildiyi və gərgin vəziyyətin hökm sürdüyü bildirilir.

 

 

Xatırladaq ki, dekabrın 25-də Tehranın Azad Elmi-Tədqiqat Universitetinin tələbələrini daşıyan avtobusun qəzaya uğraması nəticəsində 10 tələbə ölüb, 28 nəfər yaralanıb. Yüksək sürətlə hərəkət edən avtobus yolkənarı betonlara çırpılaraq dərəyə yuvarlanıb. Nəticədə, 10 tələbə yerindəcə həlak olub, 28-i ağır yaralanıb. Qəzanın isə səbəbləri barədə hökumət saytlarında ziddiyyətli xəbərlər yayırlıb. Bəzi xəbərlərdə, qəzanın avtobus sürücüsünün sükan arxasında olarkən infarkt keçirməsi nəticəsində baş verdiyi bildirilsə də, digər xəbərlərdə hadisənin avtobusun tormozunun qırılması nəticəsində baş verdiyi bildirilib.

 

 

 

VİDEOLAR:

 

 

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar