SON XƏBƏRLƏR

Tehranın Tibb Elmləri Universitetinin cərrahlıq qrupunun rəhbəri Həbibullah Peyrəvi koronavirusdan ölüb

2021.10.20, 07:36
Tehranın Tibb Elmləri Universitetinin cərrahlıq qrupunun rəhbəri Həbibullah Peyrəvi koronavirusdan ölüb

Gunaz.tv

GünazTV: Tehranın “Şəhid Beheşti” adına Tibb Elmləri Universitetinin cərrahlıq qrupunun rəhbəri Həbibullah Peyrəvi koronavirusdan ölüb.

 

İranın “Mehr News” agentliyinin yaydığı xəbərdə bildirilir ki, koronavirusa yoluxan yüksək ixtisaslı ürək-damar cərrahı, martın 9-u axşam saatlarında müalicə aldığı Tehran xəstəxanalarından birində keçinib.

 

Tanınmış cərrahın virusa necə və nə vaxt yoluxduğu barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyi martın 9-da yaydığı bəyanatda son statistikaya görə ölkədə virusdan ölənlərin sayının 237-nəfərə, yoluxanların sayının isə 7161 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərində çalışan qeyri-rəsmi mənbələr, virusdan ölənlərin və yoluxanların sayının qat-qat çox olduğunu bildirirlər.

 

Həmin mənbələrin bildirdiyinə görə, İran rejimi xəstəlikdən ölənlərin sayını az göstərməklə, virusla mübarizədə öz səriştəsizliyini və ölkədə baş verən dəhşətli faciənin miqyasını xalqdan və cəmiyyətdən gizlətməyə çalışır.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar