SON XƏBƏRLƏR

Tehranla Pekin «Nobeli» sevmir

2021.10.20, 07:36
Tehranla Pekin «Nobeli» sevmir

Gunaz.tv

GünAzTv: Bu gün, dekabırn 10-da dünyada İnsan haqlarını müdafiə günüdür. 1948-ci ildə ilk dəfə olaraq, 30 yaxın dövlət bu məsələdə ortaq fikirə gəlib.

Bu prosesin başlanğıcı bir müddət öncə, hələ ikinci dünya savaşının sonunda, «Atlantik Xartiyası» adlı anlaşma ilə  qoyulmuşdu. O zaman «Milli müqəddəratın təyini»ndən də bəhs edilmişdi. Həmin xartiyaya əsasən güney Azərbaycanın da öz müqəddəratını təyin etməsinə yol açılırdı. Ancaq savaş bitəndən sonra ABŞ (Amerika Birləşmiş Ştataları), Britaniya və Fransa bu vədinə çilaf çıxdı.

 

Əslində bu o dövr üçün həm də  keçmiş SSRİ-də insan haqalarının pozlumasına qarşı nəzərdə tutulumuş bir aksiya da sayılırdı. Çünki Stalin diktaturası və onun ndan dünya xəbərdar idi…

 

Hər il Nobel Sülh Mükafatı da bu gün, İnsan haqlarının müdafiəsi günü təqdim olunur.

 

Məlum olduğu kimi bu ilki mükafat çinli siyasi dustaq Lü Syaoboya verilib. O, «Çin Xalq Respublikasında insan haqlarının təməli uğrunda uzun və dinc mübarizəyə» görə, təltif olunub. Rəsmi Pekin isə onu «dövlət quruluşunu devriməyə çağırışa etdiyi üçün»  11 il azadlıqdan məhrum edib. Çin hakimiyyəti mükafatı almaqdan ötrü Lü Syaobonun yaxın qohumlarının da Norveçə getməsinə icazə verməyib.

 

Bundan başqa 18 dövlət – Rusiya, İran, Qazaxıstan, Kolumbiya, Tunis, Səudiyyə Ərəbistanı, Pakistan, Serbiya, İraq, Vyetnam, Əfqanıstan, Venesuela, Filippin, Misir, Sudan, Ukrayna, Kuba və Mərakeş  çinli siyasi dissidentin mükafatlandırılmasına etiraz olaraq təntənəli mərasimə getməkdən imtina edibilər. Bu ölkələr də insan haqlarının vəziyyətinin ağır olması ilə yanaşı, həm də Çinlə qarşılıqlı iqtisadi əməkdaşlığa görə bir sırada durublar.

 

İranın bu məsələdə Çinlə eyni mövqeydən çıxış etməsinə gəlincə, qeyd edək ki, 32 ildir Tehran hakimiyyəti hər addımbaşı «islam» adı alltında insan haqlarını təkcə pozmur, eyni zamanda tapdayır da.İstənilən səviyyədə müxalif düşüncə hakimyyətin basqısı ilə müşaiyət olunur. Dini azlıqların haqları tapdanır. Sosial sahədə hüquqların pozulması davam edir. Fars olmayanların milli haqlarının təmin olunmasından söz belə gedə bilməz. Sərbəst toplaşmaq, söz, mətbuat və fikir azadlığı davamlı surətdə pozulur və s.

 

Benylxalq insan haqlarının müdafiəsi günü ərəfəsində İslam Respublikasının məhkəmə sistemi İranda doğulmuş, Kanada vətəndaşı Səid Malikpuru «İranın milli təhlükəsziliyini təhdiddə», «mövcud hakimiyyətin devrilməsinə çağırş etməkdə», «islamı təhqir» də ittiham edib.

 

Malikpur pornoqrafik materialların internetdə istifadəsi proqramını hazırlayıb. O, 2008-ci ildə ağır xəstə atasınə baş çəkmək üçün İrana gəlib. «Globe and Mail»-nin məlumatına görə, istintaq zamanı o, belə saytın «idaredicisi» oluduğunu «etiraf» etsə də, ancaq sonradan bunların hamısından imtina edib. Onun «etirafı» ilə bağlı İran televiziyasının yayımladığı videoyazını izləyənxəstə atası buna dözməyərək,   yerindəcə keçinib.

 

«CTV News» telekanalının məlumatına görə, 2010-cu ilin martında Səid Malikpur İran hakimiyyətinə açıq məktubla müraciət edib. Həmn müraicətdə dustaq bildirib ki, həbsxanada saxlanıldığı müddətdə törətmədiyi cinayəti «etiraf» etməsi üçün ona aylar uzunu işgəncə veriblər, «yaxınları və qohumlarını aradan götürəcəkləri» ilə hədələyiblər.

 

«Bir qayda olaraq, məni bir neçə nəfər eyni anda döyürdü. Gözlərimi bağlayır, qollarıma qandal keçirir, dəyənək, şallaq, yumruq, qırmancla  üstümə cumurdular» -deyə, telekanal onun məktubundan bir hissəəni örnək göstərib.

 

Malikpurun ölüm hökmünün icrası vaxtı hələ elan edilməyib. Vəkilinin sözlərinə görə, müvəkkili hökmlü bağlıİslam Respublikasının Ali Məhkəməsinə appelyasiya şikayəti edəcək. Yerlli müşahidəçilərin fikrincə, Tehran hakimiyyəti bu sayaq davranışı ilə xaricdən «ölkənin mədəni həyatına «zərərli» təsiri» azaltmaq üçün İran cəmiyyətinə «görk» edir.

 

İnsan haqları günü İran parlamentinin keçmiş üzvü, islahtçı adlanan xəttin təmsilçisi, Müşarikət Cəbhəsinin üzvü Əli Şükrürad tutulub. O, «islam Respublikasına qarşı təbliğat aparmaqda, İran məhkəmə sisteminin başçısı Sadiq Laricani barəsində yalan məlumatalar yaymaqda»  ittiham  olunur.

 

Bu sayaq örnəkləri çoxaltmaq da mümkündür. Biz diqqətinizə iki hadisəni çatdırdıq. Belə olaylar İran cəmiyyətinin gündəlik həyat tərzinə çevrilib. Ona görə müsəlman uyğur türklərinin haqqını pozan Çin xalq Respublikası ilə Güney Azərbaycan türklərinin haqqını tapdayan İslam Respublikası rəhbərliyinin eyni mövqeydən çıxış etməsi bu rejimlərin mahiyyətcə biri-birinə oxşarlığını təsdiqləyir. Sədrəddin Soltan

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar