Şərqi Azərbaycanda məktəb binalarının 30 faizi istifadəyə yararsızdır

2021-06-08 11:48

Şərqi Azərbaycanda məktəb binalarının 30 faizi istifadəyə yararsızdır. Bu barədə Şərqi Azərbaycan əyalətinin Məktəblərin Texniki Təminat və Təmiri İdarəsinin Baş direktoru Peyam Sidqi məlumat verib.

Gunaz.tv Quote | Gunaz article

Peyam Sidqi bu gün iyunun 8-də Marağa şəhərində verdiyi açıqlamada bildirib ki, hal-hazırda yerli xeyriyyəçilərin vəsaiti hesabına 230 yeni təhsil ocağının tikinti işləri davam edir. 

Bununla da əyalətdə olan məktəb çatışmazlığının azalacağı gözlənilir.

O, Marağa şəhərində köhnə və istifadə müddətini başa vurmuş məktəblərin 37 faiz təşkil etdiyini bildirib. Baş direktor bu şəhərdə hazırda 13 konteyner (kaneks) məktəbin fəaliyyət göstərdiyini qeyd edib.

Sidqi Marağada yararsız məktəblərin sayının əyalətin orta statistikasına nisbətən 7 fazi çox olduğunu deyib və əlavə edib ki, bu problemin yerli xeyriyyəçilərin vəsaiti hesabına aradan qaldırması gözlənilir.

Baş direktor Marağa mahalında təhsil alan 53 min şagirdin 10 mindən çoxunu, ortalama 20 faizinin istifadəyə yararsız təhsil ocaqlarında dərs keçdiklərini diqqətə çatdırıb.

Bundan öncə, may ayının sonlarında Marağanın İcra Hakimiyyətinin başçısı Seyid Əli Musəvi mahalda sinif otaqlarının və müəllim çatışmazlığının ciddi problemə çevrildiyini demişdi.

"Qarşıdakı təhsil ilində mahalda əlavə 5 min məktəbli birinci sinifdə oxumaq üçün qeydiyyata alınıb və bu nəzərdə tutulan saydan daha çoxdur. Bunun üçün ən azı 76 yeni sinif otağının tikilməsi, 150 müəllimin işə cəlb edilməsi lazımdır”-deyə, Seyid Əli Musəvi bildirmişdi.

Bununla yanaşı, Marağa Təhsil İdarəsinin Baş direktoru Hüseyn Əkbəriyan Marağa mahalında 53 min məktəblinin 550 məktəbdə təhsil aldığını, bu məktəblərin bir çoxunun yenilənməyə və təmirə ehtiyacı olduğunu deyib.

O, 550 məktəb üçün ayrılan büdcə vəsaitinin 10 sinif otağı olan bir məktəbin texniki avadanlığının təmin edilməsinə də yetmədiyini açıqlayıb.

Təhsil İdarəsinin baş direktoru ötən təhsil ilində məktəblərin texniki avadanlıqlarla təmin edilməsi üçün 1 milyard tümən (təxminən 70 min manat), yeni təhsil ilində isə 550 məktəbin təmiri, yenidən qurulması və texniki təchizatının təmin olunması üçün 10 milyard tümən vəsait ayrıldığını qeyd edib.

Hüseyn Əkbəriyan təhsil ocaqlarının problemlərinin həlli üçün yenə yerli xeyriyyəçilərin yardımına ümid etdiklərini bildirib.

Xatırladaq ki, son illərdə Azərbaycan əyalətlərində təhsil ocaqlarının maddi-texniki problemləri bölgədə xeyriyyəçilik ənənəsini yaşadan azərbaycanlılar tərəfindən həll edilir.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.23.2021-Görüş: İranda prezident seçkilərinin nəticəsi, Batı Azərbaycanda birliyimizin hərakatımıza təsiri

2021-06-24

gun az article

"Amnesty International"dan xəbərdarlıq: İranda 20 yaşlı gənc yaxın günlərdə edam ediləcək

2021-06-23

gun az article

Həmədanda COVİD-19-a yoluxma sayı yenidən artıb

2021-06-23

gun az article

Zəngan bəndlərində suyun həcmi kəskin azaldı

2021-06-23

gun az article

Səreyinin tarixi Kanzaq kompleksi baxımsız qalıb: Abidənin bərpasına pul ayrılmır

2021-06-23

gun az article

Xomeyninin nəticəsi türkləri işğalçı və talançı adlandırdı

2021-06-23

gun az article

İranın Atom Enerjisi Təşkilatının binasına hücum olub

2021-06-23

gun az article

Zənganın Əbhər şəhərində azərbaycanlı gənc həbs edilib

2021-06-23

gun az article

Kürdlər Urmuda siyasi aksiya keçirməyə çağırış edib

2021-06-23

gun az article

İranın “Bərəkət” dərman kompleksinə dron hücumu olub-FOTO

2021-06-23

gun az article

İran hökuməti Təbrizdən İrəvana aviareys açmağa hazırlaşır

2021-06-23

gun az article

Təbrizdə sağlıq ocaqları yerli xeyriyyəçilərin hesabına tikilir

2021-06-23

gun az article

Təbrizdə özbaşınalıq: Bələdiyyə məmurları yaşlı qadının evini dağıdıb-VİDEO

2021-06-23

gun az article

Qərbi Azərbaycanda zəlzələ baş verib

2021-06-23

gun az article

GünazTV June.22.2021-Özümüz: Türkçülük Qılığında Azerbaycan Düşmənliyi

2021-06-23

gun az article

GünazTV June.22.2021-GÜNDƏM MASASI: İrandakı “seçkilər” və kütlənin siyasi mesajı.

2021-06-22

gun az article

"BBC Persian"dan Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik

2021-06-22

gun az article

Qərbi Azərbaycanda 5 tondan çox narkotik maddə aşkar edilib

2021-06-22

gun az article

İran iqtisadiyyatının durumu açıqlandı: "Son yarım əsrdə iqtisadi artım sıfıra bərabər olub”

2021-06-22

gun az article

Rəştdə türk namizədlərin qələbəsi münasibətilə konsert verilib-VİDEO

2021-06-22