SON XƏBƏRLƏR

Təhsil naziri: “İranda qeyri-rəsmi din nümayəndələrinin təhsil alması qadağandır”

2021.10.20, 07:36
Təhsil naziri: “İranda qeyri-rəsmi din nümayəndələrinin təhsil alması qadağandır”

Gunaz.tv

GünAz TV: İranın təhsil naziri Möhsün Hacımirzayi bəhayi məktəblinin ölkə məktəblərindən birinə qəbul edilməməsinə münasibət bildirib. 

 

O, “qeyri-rəsmi” dinlərin nümayəndələrinin İranda təhsil almaq hüququnun olmadığını deyib.

 

“Əgər məktəblilər qeyri-rəsmi dinlərdən birinə etiqad etdiklərini desələr və bu onların öz dinlərini təbliğ etdikləri aşkarlansa, onda onların məktəblərdə təhsil alması qadağandır”- deyə Möhsün Hacımirzayi əlavə edib.

 

Lakin nazir məktəblilərin öz dinlərini təbliğ edib- etmədiklərinin necə isbatlandığının detallarını açıqlamayıb.

 

Qeyd etmək lazımdır ki, bir neçə gün öncə İranda insan haqları aktivistləri Simnan əyalətində bəhayi məktəblinin məktəbə qəbul edilmədiyi barədə xəbər yaymışdılar. Xəbərlədə məktəblərdən birinin Simnan Təhsil İdarəsinin tələbi ilə Borna Pirastə adlı məktəblini bəhayi olduğu üçün məktəbə qəbul etməkdən imtina etdiyi deyilirdi.

 

Ötən 40 ildə İranda bəhayi vətəndaşlar təhsil almaq kimi bir çox hüquqlardan məhrum ediliblər. Hətta tez-tez onların gəlir mənbələri olan mağazalarınin bağlanması, qəbirləribib dağıdılması, özlərinin isə həbs edilməsilə bağlı məlumatlar yayılır.

 

Bütün bunlara baxmayaraq, İran konstitusiyasının 30-cu maddəsində bildirilir ki, “dövlət orta məktəbi bitirənə qədər bütün vətəndaşlara pulsuz təhsil almaq üçün bütün şəraiti yaratmağa borcludur”.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar