SON XƏBƏRLƏR

Təhsil nazirindən etiraf: “İranda məktəblərin 30%-dən çoxu acınacaqlı vəziyyətdədir”- FOTO

2021.10.20, 07:36
Təhsil nazirindən etiraf: “İranda məktəblərin 30%-dən çoxu acınacaqlı vəziyyətdədir”- FOTO

Gunaz.tv

GünAz TV: İranın Təhsil naziri Möhsün Hacı Mirzayi bu gün Gülüstan əyalətində sel nəticəsində zərər görmüş məktəblərin təmir-barpa işlərindən sonra istismara verilməsilə bağlı mərasimdə iştirak edib.

 

O, ölkə məktəblərinin 30%-dən çoxunun acınacaqlı durumda olduğunu, şagirdlərin onlarda təhsil almaq üçün heç bir şəraitin olmadığını etiraf edib. Nazir iddia edib ki, həmin təhsil ocaqlarında əsaslı təmir-bərda işlərinin aparılması üçün 10 trilyon dollar vəsait nəzərdə tutulub.

 

Sistan və Bəlucistan əyalətində məktəb

 

Lakin Möhsün Hacı Mirzayi qeyd edib ki, rəhbərlik etdiyi nazirlik həmin məktəblərin yenidən qurulması üçün lazım olan qədər maliyyə resurslarına sahib deyil. O, dövləti bu istiqamətdə pul ayırmağa, eləcə də xeyriyyəçiləri də kömək göstərməyə çağırıb.

 

Əhvazda məktəb

 

Nazir cari ilin mart-aprel aylarında baş verən sel fəlakəti nəticəsində ölkədə 454 məktəbə ciddi zərər dəydiyini, onlardan isə 54 tamamən dağıdığını da vurğulayıb. Lakin ciddi maddi çatışmazlıq səbəbindən yenidən tikilməsi lazım olan həmin 54 məktəbdən yalnız 20-sində yenidən qurma işləri başladılıb.

 

 

Qeyd etmək lazımdır ki, ölkə rəsmilərinin etinasızlığı və müəyyən bölgələrdə savadsızlığın yayılmasına istiqamətlənmiş siyasətləri nəticəsində uzun illərdir ki, İranın bir çox bölgələrində məktəblər tədris üçün lazım olan ən adi təchizatlara belə sahib deyil. Xüsusən qeyri-fars millətlərin yaşadığı bölgələrdə məktəblər acınacaqlı durumdadır.

 

Bütün bunlara rəğmən, İran hökuməti Livan və İraq kimi ölkələrdə infrastruktur layihələrinin həyata keçirilməsi, məktəb və xəstəxanalar tikilməsi, parklar salınması, eləcə də dini abidələrin bərbası üçün milyardlarla dollar pul xərcləyir. 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar