SON XƏBƏRLƏR

Təhsil nazirinin irqçi açıqlamasına qarşı divarlara milli şüarlar yazılıb – Muğanda / GÖRÜNTÜ

2021.10.20, 07:36
Təhsil nazirinin irqçi açıqlamasına qarşı divarlara milli şüarlar yazılıb – Muğanda / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: İranın təhsil naziri Məhəmməd Bəthayinin  qeyri-fars dillərinin məktəblərdə tədrisinə qarşı çıxışı geniş etirazlara səbəb olub.

 

Etirazlarını müxtəlif formalarda bildirən bəzi azərbaycanlı fəallar Muğanın Parsabad şəhərində divarlara şüarlar yazaraq təhsil nazirinin irqçi açıqlamasını qınayıb, məktəblərdə türk dilinin tədris olunmasını tələb ediblər.

 

Fəallar həmçinin İranda türklərə qarşı müxtəlif sahələrdə sistemli şəkildə həyata keçirilən irqçi siyasəti şiddətlə qınayıblar.

 

“Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Azərbaycan oyanmasa uduzdu”, “Muğan yatma amandı – Azərbaycan talandı”, “Haray Haray mən türkəm” və s. Parsabad şəhərində ən çox rast gəlinən şüarlar arasındadır.

 

İyulun 14-də İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırmışdır.

 

O bu barədə Təhsil Nazirliyi rəsmilərinin İsfahanda keçirdiyi iclasda çıxış edərkən danışıb.

“Bəzi məntəqələrdə şagirdlərə yerli dildə dərs keçilir. Bu olduqca təhlükəli məsələdir. Uşaqlar yerli dilləri ailələrdə öyrəndikləri üçün ölkənin rəsmi dilini də məktəblərdə mütləq öyrənməlidilər.

Əslində ikidilli məktəblərdə şagirdlər məktəbin mühitində yerli dili öyrənir, fars dilini isə yalnız dərs otağında öyrənə bilərlər. Ona görə də şagirdlərə fars dilində dərs keçmək və farsca danışmaq bizim qırmızı xəttimiz sayılır. Məlum olduğu kimi, ikidilli məntəqələrdə müəllim şagirdlə daha yaxşı irtibat qurmaq üçün yerli dildən də istifadə edir. İstənilən halda fars dili ölkənin birliyini təmin edən dil kimi bütün məktəblərdə istifadə olunmalıdır”- deyə nazir vurğulamışdır.

 

Soydaşlarımız nazirin bu açıqlamasına müxtəlif formalarda etiraz bildiriblər.

 

 

 

 

 

 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar