Təhsil nazirinin müavini: “Farsca yetərlilik testi” konstitusiyanın 15-ci maddəsinin icrası istiqamətində olan layihədir – VİDEO

03.10.2019, 08:45

GünAz TV: İran təhsil nazirinin ibtidai təhsil üzrə müavini Rizvan Həkimzadə məktəblilər üzərində tətbiq olunan “Farsca yetərlilik testi”nin konstitusiyanın 15-ci maddəsinin icrası istiqamətində olduğunu deyib.

 

O bu barədə oktyabrın 2-də Təbrizdə mətbuat konfransında danışıb.

 

““Farca yetərlilik testi”nin tətbiq olunması konstitusiyanın 15-ci maddəsinin icrası istiqamətindədir. Bu maddəyə əsasən ölkənin milli dili ilə yanaşı ana dilinin tədris olunması sərbəstdir. Biz də çalışırıq ki, şagirdlər ana dilini qoruyub saxlamaqla birlikdə milli dildə olan proqram və dərslərdən yaxşı faydalana bilsinlər. Ona görə də bu layihəyə qarşı etirazların heç bir əsası yoxdur.”- deyə o bildirib.

 

https://www.youtube.com/watch?time_continue=179&v=x4dHHCvnO2k

 

Nazir müavini iddia edib ki, “farsca yetərlilik testi” bu günədək məktəblərdə tətbiq olunmayıb, hələlik hazırlıq işləri gedir.

 

“Layihə tətbiq olunduğu zaman məktəbə daxil olmaq istəyən uşaqların farsca danışmaq qabliyyəti yoxlanılacaq. Məqsəd uşağın farsca söhbət edib-etmədiyini bilməkdir. Bunun uşaqların ailəsi və ana dilinə heç bir əlaqəsi yoxdur. Biz çalışırıq ki, ikidilli bölgələrdə uşaqlar fars dilini öyrənsin.”- deyə o əlavə edib.

 

Xatırladaq ki, Rizvan Həkimzadə mayın 29-da “farsca yetərlilik testi”ni uşaqların sağlamlığının testi layihəsinə əlavə edilə biləcəyini açıqlamışdır.

Layihəyə əsasən, məktəbə daxil olmaq istəyən uşaqlar fars dilində müəyyən qədər danışmalıdır, əks halda onların sağlamlıq durumu təsdiq olunmayacaq və məktəb tərəfindən qeydiyyata alınmayacaq.

 

İrqçi layihə ilk dəfə gündəmə gətirilən zaman ona qarşı çoxlu etirazlar oldu, lakin İran rejimi əhalinin etirazına məhəl qoymadan planı bəzi məntəqələr, o cümlədən bir neçə Azərbaycan şəhərində həyata keçirdi. Məqsəd məktəbə gedənə qədər ana dilini öyrənmək imkanını uşaqlardan almaq və ailələri evdə fars dilində danışmağa vadar etməkdir. Soydaşlarımız İran rejiminin asilmilasyon siyasətinin tərkib hissəsi olan layihənin  irqçilik zəminində həyata keçirildiyinə inanır.

 

Əslində türk uşaqlarına öz dilini unutdurmaq prosesi Pəhləvi dövründə başlayıb və hələ də davam edir. O dövrdə məktəblərdə türk dilində danışan uşaqlar üçün cərimə qutusunun qoyulması, onların döyülüb və aşağılanması inkaredilməz faktlardır. İranda İslam Cümhuriyyəti dövründə də türk dilinə münasibət dəyişmədi, ona qarşı müxtəlif formalarda mübarizə aparıldı.

 

N.S

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24