Təkəmçilər heykəli dəfələrlə dağıdıldıqdan sonra Vəliəsr küçəsindən götürülüb- FOTO

2020-11-20 12:06

Təkəmçilər heykəli ardıcıl olaraq dəfələrlə Azərbaycan düşmənləri tərəfindən dağıdıldıqdan sonra Təbriz bələdiyyəsinin rəsmiləri onu Vəliəsr küçəsindən götürüblər.

Gunaz.tv Quote | Gunaz article

Dünən yenidən naməlum şəxslər sözügedən heykələ hücum edərək onu dağıdıblar. Bəzi güney azərbaycanlılar bildirirlər ki, bu vandallığı edən paniranistlərdir. Bir qrup isə abidəni kürd terror təşkilatlarının tərəfdarlarının dağıtdığını deyirlər.


Heykəlin ətrafındakı mağazalarda bir neçə təhlükəsizlik kamerası olduğu üçün İranın təhlükəsizlik orqanları heykələ hücum edənləri asanlıqla tapa bilər. Amma onlar bunu etmir və açıq- aşkar Azərbaycan düşmənlərini himayə edirlər. 


Güney azərbaycanlılar sosial şəbəkələrdə yazdıqları reaksiyalarda İran rəsmilərinin Təkəmçilər heykəlinin dəfələrlə dağıdılmasına heç bir reaksiya verməmələrini Azərbaycanın tarixi və mədəniyyətinə əhəmiyyət verməmək kimi dəyərləndiriblər. 


Qeyd etmək lazımdır ki, son illərdə Güney Azərbaycanda min illərlə keçmişi olan “Təkəmçilər” ənənəsi yenidən canlanmağa başlayıb. Təkəmçi Novruz bayramının və yazın gəlməyini mahnı oxumaq və ağacdan hazırlanmış təkəni dolandırmaq ilə xəbər verən ənənəvi müjdəçidir.


Digər tərəfdən, cari ilin iyun ayının sonlarında dahi Azərbaycan şairi Molla Məhəmməd Füzulinin heykəli Təbrizin Mənzəriyyə küçəsindən yoxa çıxıb və indiyədək heç kim bununla bağlı açıqlama verməyib. 

 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Dec.03.2020-Sözümüz: Siyasi Məhbuslarımızın Ağır Durumu

2020-12-04

gun az article

GünazTV Dec.03.2020- Düşünməyə Çağırı: Qarabağ Şavaşının Özü və Sözü.

2020-12-04

gun az article

Səid Sultani və Babək Kiyumərsi Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti azadlığıa buraxıldı

2020-12-03

gun az article

Təbrizin Maşınqayırma zavodunun yeni rəisi işçiləri işdən qovmaqla hədələyir

2020-12-03

gun az article

Ötən həftə ərzində Ərdəbildə 78 nəfər koronodan ölüb

2020-12-03

gun az article

Şərqi Azərbaycan valisi: Təbriz avtobus parkının% 70-dən çoxu köhnəlmişdir

2020-12-03

gun az article

Traxturun baş məşqçisi: 35 milyon türk azarkeşə cavab verməliydim

2020-12-03

gun az article

İran silahlı qüvvələri Qərbi Azərbaycanda terroristlər tutduğunu iddia edir

2020-12-03

gun az article

Ərdəbil şəhərinin duvarlarında həbsxanada saxlanılan siyasi məhbuslara dəstək qrafitləri

2020-12-03

gun az article

Ərdəbil həbsxanasında koronovirus tüğyan edir

2020-12-03

gun az article

GünazTV Dec.02.2020: Güney Azərbaycanda mədəni zindanilərimiz,GünazTV Dec.02.2020: Qarabağ Azadlığınan sonra İranın siyasəti

2020-12-03

gun az article

Səid Sultani Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

2020-12-02

gun az article

GünazTV Dec.02.2020: Paylaşım programı 4-cü Bölüm

2020-12-02

gun az article

GünazTV Dec.02.2020 : “Vətən Müharibəsi bitdi! Azərbaycan ərazi bütövlüyünü bərpa etdi”

2020-12-02

gun az article

Azərbaycanlı istedadlı yeniyetmə: "Mən Türkəm və Qalatasarayda oynamağı arzulayıram"- VİDEO

2020-12-02

gun az article

Babak Kiyumərsi Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

2020-12-02

gun az article

Güney azərbaycanlı alim Əhməd Rza Cəlalinin edamı təxirə salınıb

2020-12-02

gun az article

İranda türk dilində milli televiziya kanalının yaradılmasına dəstək kompaniyası

2020-12-02

gun az article

Məhəmməd Rəhmanifər: "Azərbaycanlı siyasi məhbusların həyat və sağlamlığı təhlükədədir"

2020-12-02

gun az article

Qərbi Azərbaycan əyalətinin 1251 məktəbinin istilik sistemi yararsız vəziyyətdədir

2020-12-02