SON XƏBƏRLƏR

TƏLƏBƏ QIZLAR İNTİHAR EDİB

2021.10.20, 07:36
TƏLƏBƏ QIZLAR İNTİHAR EDİB

Gunaz.tv
TƏLƏBƏ QIZLAR İNTİHAR EDİB Tehran tələbələrinin buraxdığı «Əmirkəbir» xəbər bülleteni İranın Sistan-Bəlucistan və Lahican universitetlərində dəfələrlə inzibati komitələrə çağırılan iki tələbə qızın komitənin təzyiqinə dözməyərək intihar etmələri barədə məlumat yayıb. Qızların kimliyi açıqlanmır. «Media forum» saytının məlumatına görə, bir neçə gün əvvəl Lahican Azad Universitetinin inzibati komitəsinə çağırılan bir tələbə qız özünü dördüncü mərtəbədən ataraq həlak olub. Bundan əvvəl də dəfələrlə inzibati komitəyə çağırılan qızın psixoloji təzyiq altında olduğu bildirilir. «Əmirkəbir»in yaydığı digər bir xəbərə görə, son günlər Sistan-Bəlucistan Azad Universitetinin bir qız tələbəsi inzibati komitəyə çağırılıdıqdan sonra zəhərli həb ataraq intihar edib. http://www.mediaforum.az/articles.php?lang=az&page=03&article_id=20080623052802501 ----------------------------------------------------------------------- Xəzər İbrahim: “Rusiya Ermənistanı konstruktiv dialoqa çağırmalıdır” Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bu gün keçirdiyi mətbuat konfransında son günlər Ermənistan rəhbərliyinin Rusiyaya intensivləşən səfərlərinə münasibət bildirib. Lent.az-ın xəbərinə görə, X.İbrahim bildirib ki, Rusiya ilə Ermənistan arasında hərbi əməkdaşlıq var və bu, heç kim üçün sirr deyil: “Lakin burada bir məsələ var, ilşğalçıya dəstək verilir, ya yox. Bu nöqteyi-nəzərdən biz dəfələrlə Rusiya tərəfinə bildirmişik ki, onlar öz siyasətində eyni zamanda digər öhdəliklərini də nəzərə almalıdırlar. Onların əsas öhdəliklərindən biri də ondan ibarətdir ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir və münaqişənin həlli istiqamətində yardımçı olmalıdır. Moskva Ermənistanla münasibətlərində bu məqamı nəzərə alaraq, Ermənistan tərəfinə bu kimi işğalçı siyasətinin və aqressiv siyasətinin yolverilməz olduğunu bildirməli, Ermənistan tərəfini konstruktiv dialoqa çağırmalıdır”. lent.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar