SON XƏBƏRLƏR

TƏLƏBƏYƏ İNTİM YAXINLIQ TƏKLİF EDƏN MÜƏLLİM QOVULDU

2021.10.20, 07:36
TƏLƏBƏYƏ İNTİM YAXINLIQ TƏKLİF EDƏN MÜƏLLİM QOVULDU

Gunaz.tv
TƏLƏBƏYƏ İNTİM YAXINLIQ TƏKLİF EDƏN MÜƏLLİM QOVULDU Zəncan Universiteti tələbələrinin beş günlük oturaq aksiyası bu gün başa çatıb. Universitet rəhbərliyinin tələbələrin bütün tələbləri ilə razılaşdığı bildirilir. Tələbələr bir tələbə qıza təzyiqlə intim yaxınlıq təklif edən inzibati komitənin sədr müavini, fars dili və ədəbiyyatı müəllimi doktor Həsən Mədədinin hərəkətinə etiraz bildirirdilər. İyunun 14-dən geniş akt zalında aksiyaya başlayan 3 min tələbə rektor Əlirza Nəddaf və müavinlərinin istefasını, inzibati komitənin, ETTELAAT-ın universitet şöbəsinin ləğvini tələb edirdilər. Aksiya başlanan gün rektor tələbələrdən üzr istəmək üçün universitetə gələrək çıxış etmək istəsə də, tələbələrlə universitet rəhbərliyi arasında mübahisəli qarşıdurmada yaralanmışdı. «Media forum» saytının məlumatına görə, universitet rəhbərliyi tələbələrin bu tələbləri ilə razılaşıb: rektorun və inzibati komitənin tələbələr üzrə sədr müavini doktor Həsən Mədədinin işdən çıxarılması, aksiyaçı tələbələrə qarşı hər hansı bir tədbirin görülməməsi, təhsil nazirinin bu məsələni axıra qədər araşdırması, tələbə və universitet müəllimlərindən ibarət yaranacaq komitənin rektorun vəzifədə qalıb-qalmaması məsələsini çözməsi, imtahanların bir həftəliyə təxirə salınması, tələbə təşkilatlarının universitetdə fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılması. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar