SON XƏBƏRLƏR

Telman İsmayılov rus mətbuatının qəzəbinə gəldi

2021.10.20, 07:36
Telman İsmayılov rus mətbuatının qəzəbinə gəldi

Gunaz.tv
«Komsomolskaya Pravda»: «Pulu Moskvada qazandılar, sarayı Türkiyədə tikdilər» Rus mətbuatı Türkiyədə böyük yatırım qoyaraq Avropanın ən bahalı «Mardan Palace» hotelini inşa etdirən Telman İsmayılovu tənqid atəşinə tutub. Rusiyanın «Komsomolskaya Pravda» qəzeti maliyyə böhranı dövründə Rusiyanın belə bir yatırıma ehtiyacı olduğunu vurğulayıb. Qəzetin «Pulu Moskvada qazandılar, sarayı Türkiyədə tikdilər» başlıqlı məqaləsində Moskvadakı «Çerkizovo» bazarının sahibi olan İsmailovun Türkiyədə hotel tikdirməsinin Rusiyada hər kəsi çaşdırdığını yazıb. Hətta hotelin dizaynından tutmuş açılış mərasiminə qədər olan hər şeyi ərəb şeyxlərinin belə yuxuda görmədiyini qeyd edib. Açılışa Hollivud ulduzları ilə yanaşı, Rusiyanın məşhur sənətçiləri - Filip Kirkorov, İosif Kobzon, Andrey Malaxov və İvan Urgant da qatılıb: «Açılış zamanı edilən atəşfəşanlıq Moskvada 9 May - Qələbə bayramındakı atəşfəşanlıqdan belə görkəmli idi». Məqalədə həmçinin rus zənginlərinin Rusiyada qazandıqları pulları xaricdə sərmayə şəklində qoymasından narahatlıq ifadə edilib: «Özü də bütün bunlar hər tərəfdə böhran varkən, Moskvada ən müvəffəqiyyətli inşaatlar belə dayanmışkən baş verir... Moskvada hotellərin qeyri-kafiliyi haqda danışmaqdan bezdik belə. İsmayılovun Moskvada qazandığı pullara burada böyük ehtiyac var. Niyə rusiyalı iş adamı türk iqtisadiyyatını dəstəkləməyi seçdi? Moskvada və ya Rusiyada sərmayə qoyulacaq yermi qalmadı? Məsələn, Soçiyə yatırıla bilərdi. Beləcə, həm Moskvaya, həm də bu qədər pulu qazandıran Rusiyaya təşəkkür etmiş olardı». Xatırladaq ki, Türkiyənin Antalya bölgəsində 1,4 milyard dollara tikilən, Avropanın ən bahalı oteli sayılan 560 otaqlı «Mardan Palace»da bir gecəlik yerləşmə qiymətləri 475 və 19 min dollar arasında dəyişir. Hotelin açılış mərasiminə T.İsmayılov 35 milyon dollar xərcləyib. Vüsalə RÜSTƏMOVA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar