SON XƏBƏRLƏR

Ter-Petrosyan Saakaşvilinin yolunu getmək istəyir

2021.10.20, 07:36
Ter-Petrosyan Saakaşvilinin yolunu getmək istəyir

Gunaz.tv
Ter-Petrosyan Saakaşvilinin yolunu getmək istəyir petrosyan.jpg "Onun məqsədi Qərbi Serj Sərkisyana münasibətdə daha ehtiyatlı mövqe tutmağa sövq etməkdir" Ermənistanda müxalifətin, sabiq prezident Levon Ter-Petrosyanın tərəfdarlarının yenidən kütləvi aksiyaları başlayıb. BBS-nin yaydığı məlumata görə, İrəvanda keçirilən icazəsiz aksiyaya qatılanların syaı 100 mini keçir. Bəs işğalçı ölkədə baş verən proseslərin gələcək inkişafı necə ola bilər? "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, proseslərin gələcəyini proqnozlaşdırmaq çətindir. Ramiz Mikayıloğlu Ancaq düşünmək olar ki, Ermənistan müxalifəti qadağa və icazə verilməməsinə baxmayaraq, İrəvanın mərkəzində yürüş və mimtinq keçirirsə, deməli, tərəfdarları çoxdur və aksiya prezident Serj Sərisyana xəbərdarlıqdır: "Avropa Şurasının tələbləri var və müxalifət də fəallaşır. Bütün bu amilləri nəzərə alsaq, Serj Sərkisyanı hələ böyük sınaqlar gözləyir". Elxan Şahinoğlu hesab edir ki, hadisələr belə inkişaf etsə, növbəti qarşıdurma elementləri qaçılmaz olacaq: "Əgər mitinqlər davam edəcəksə, martın 1 və 2-dəki qarşıdurmalar daha ciddi formada təkrarlana bilər. Başqa yol da yoxdur. Belə olan halda isə Serj Sərkisyanın özünə xeyli problemlər yaradacaq". "Atlas" Araşdırmalar Mərkəzinnin rəhbəri düşünür ki, Levon Ter-Petrosyanın bu aksiyaları təşkil etməkdə mühüm bir məqsədi də var. Niyyəti Qərbi Serj Sərkisyana münasibətdə daha ehtiyatlı mövqe tutmağa sövq etməkdir. Birinci dəfə xeyli qan töküldü, vətəndaşlar qırıldı və buna görə də Qərb Serj Sərksiyanın prezidentliyini ehtiyatla qarşıladı. Müxalifət yenə də küçələrə çıxıb: "Ona görə də hakimiyyət müxalifəti küçələrdən qovmağa yenə də ehtiyat edir. Qərbin Serj Sərkisyanla bağlı şübhələri azalmayıb. Əksinə, müxalifət küçələrə çıxdıqca, Qərbin Serj Sərkisyana münasibəti daha da mənfiyə doğru dəyişir. Problemlər əvvəlki kimi yerində qalır. Qərb Ermənistan hakimiyyətindən seçki saxtakarlığını araşdırmağı və siyasi məhbusları buraxmağı tələb edir və bu məsələlər hələ həllini tapmayıb". Elxan Şahinoğluna görə, qeyri- rəsmi səviyyədə əvvəldən Qərbin Levon Ter-Petrosyana dəstəyi olub. Həm də Serj Sərkisyan Moskvayla əlaqələrin tərəfdarıdırsa, Levon Ter-Petrosyan əvvəldən Qərblə, NATO-yla əlaqələrin tərəfdarı olub: "Öncədən Levon Ter-Petrosyanın qeyri-rəsmi səviyyədə Qərbdən dəstəyi vardı. İndi isə küçələrə daha çox insan çıxdıqca, onun Qərbdə dəstəyi daha da artacaq". Bəs Ermənistanda Gürcüstan variantı işlənə, hakimiyyət diqqəti parlament seçkilərinə yönəldə bilərmi? Onun qənaətinə görə, hadisələr bu istiqamətdə inkişaf edir. Əgər Ermənistan müxalifəti yeni prezident seçkilərinin keçirilməsinə nail olmazsa, görünən odur ki, Levon Ter-Petrosyan diqqəti parlament seçkilərində qələbə qazanmağa yönəldəcək. Belə olan halda sabiq prezident vəziyyəti daha da dözülməz həddə çatdıra bilər. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar