SON XƏBƏRLƏR

TER-PETROSYANIN DAHA BİR SİLAHDAŞI HƏBS OLUNDU

2021.10.20, 07:36
TER-PETROSYANIN DAHA BİR SİLAHDAŞI HƏBS OLUNDU

Gunaz.tv
TER-PETROSYANIN DAHA BİR SİLAHDAŞI HƏBS OLUNDU Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın seçki qərargahında koordinator olmuş Samvel Gevorkyan həbs olunub. «Media forum» saytı xəbər verir ki, Ermənistan Prokurorluğunun mətbuat katibi Sona Truzyan martın 10-dan axtarışda olan Samvel Gevorkyanın Yerevanda saxlandığını bildirib. S.Gevorkyana cinayət işi fevralın 22-də qaldırılıb. O, seçki komissiyasının fəaliyyətinə müdaxilə etməkdə təqsirli bilinir. Keçmiş prezidentin tərəfdarı Azərbaycana qarşı işğalçı müharibə zəminin yaradılmış «Qarabağ» komitəsinin üzvü olub, 90-cı illərdə parlamentin deputatı seçilib, Ermənistan Televiziya və Radio Verilişləri Komitəsinə rəhbərlik edib. 2008-ci il fevralın 19-da keçirilən prezident seçkisinin baş nazir Serj Sərkisyanın xeyrinə saxtalaşdırıldığını iddia edən Ter-Petrosyan və tərəfdarları fevralın 20-dən martın 1-nə qədər Yerevanda etiraz əlaməti olaraq kütləvi aksiyalar keçirib. Martın 1-də polis və ordu birləşmələri aksiyanı qanla yatırdıb. Rəsmi məlumata görə, hadisələrdə 10 nəfər ölüb, yüzlərlə adam yaralanıb. Geniş repressiyalarda müxalifətin 50-dən çox üzvü həbs olunub. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar