SON XƏBƏRLƏR

Terrorla mübarizə

2021.10.20, 07:36
Terrorla mübarizə

Gunaz.tv
Terrorla mübarizə Terrorizmin tarixi bəşər tarixi qədərdir. Belədirsə, çağdaş terrorizmin ötən əsrlərdəki qanlı olaylardan nə ilk fərqləndiyini anlamaq gərəkir. Mütləq şəkildə. Əks halda partlayışlar, sui-qəsdlər, qətl və qanlar davam edəsidir. Son 25 il ərzində beynəlxalq terrorizmin məzmunu, fəaliyyət yönləri və zahiri görüntüləri xeyli dəyişib. Müşahidələr iki təmayülü aşkar göstərir. Əvvəla, dövlətlər əvvəlki illərdən fərqli olaraq terrorizmi daha passiv, könülsüzcəsinə dəstəkləyirlər. Halbuki Liviya, Sudan, Şimali Koreya və Ermənistan beynəlxalq terrorizmin əsas mütəxəssisləri, praktikləri idi. İndi Ermənistan istisna olmaqla, həmin ölkələr ya terrorizm və terrorçulardan istifadəni ya tamamən dayandırıblar, ya da bu sahədə fəallıqlarını kardinal şəkildə azaldıblar. Müxtəlif ölkələrdəki rejimlər xaricdə yaşayan dissidentləri öldürmək təcrübəsini də artıq keçmiş sayırlar. Ermənistan isə aşkar terrorçuluğu hələlik dayandırsa da, Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində terrorist rejimi bütünlüklə dəstəkləyir, onun varlığını təmin edir. Erməniləri bir kənara qoysaq, bu günkü terrorizm əsasən müxtəlif qeyri-dövlət qrupları və qruplaşmaları tərəfindəni həyata keçirilir. Çağda terrorizmi səciyyələndirən ikinci amil dinlə pərdələnən müxtəlif hərəkat və qruplaşmaların, xüsusilə də radikal islamçılıq ideologiyası ilə hərəkət edən dəstələrin fəallaşmasıdır. Onlar "dünyəvi" terror təşkilatlarından tamamən, ötən onilliklərin "solçu" terrorçularından isə çox ciddi şəkildə fərqlənirlər. 2001-ci ilin sentyabrın 11-dəki məşum teraktlardan sonra isə beynəlxalq terrorizmin radikal dinçi, Qərbdə "islamçı" adlandırılan yönü daha da fəallaşıb. Belə dəstə və qruplaşmalar böyüyüb, yeni üzvlərin verbovkası və əməliyyatların keçirilməsi üçün hərəkət coğrafiyasını xeyli genişləndirib. Eyni zamanda, terrorçular mərkəzləşmə ünsürlərindən imtina edərək regional bölgünü tətbiq ediblər. Belə təşkilatlar onları əvvəllər də qidalandıran və fəaliyyət prinsiplərini müəyyənləşdirən amillər əsasında indi də inkişafdadır. Həmin amillər arasında "üçüncü dünya" ölkələri arasında qeyri-liberal iqtisadi və siyasi şərait ən önəmli yeri tutur. İraq və Əfqanıstandakı hərbi əməliyyatlar kimi silahlı münaqişələr isə terrorçular tərəfindən təbliğat məqsədilə istifadə olunur. Bundan başqa, Qərb ölkələrinin, xüsusilə də ABŞ və Avropa Birliyinin siyasəti ilə praktikası terrorçuların xeyrinə işləyir. Məsələn, İraq savaşı radikal islamçıların tərəfdarlarını yüz dəfələrlə artıran və onları ruhlandıran başlıca məqamlar arasındadır. ABŞ ilə onun rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasına daxil olan dövlətlərin "Əl Qaidə" terror təşkilatlarına vurduqları zərbələr isə terrorçuları mərkəzi idarəetmə strukturlarındam tam imtina edərək muxtar və əlahiddə hücrələr formasında fəaliyyətə vadar edib. Bəhs etdiyimiz amillər nəticəsində ağır itkilər vermiş "Əl Qaidə" əvvəlki gücünü bərpa etməklə yanaşı, onu hətta artırıb da. Cənub-Şərqi Asiya, Afrika, Avropa və Latın Amerikasındakı müxtəlif terror təşkilatlarına gəldikdə isə, onların hamısının toplam gücü və fəaliyyət arealı tək "Əl Qaidə" ilə müqayisə edilməyəcək dərəcədə olduğundan bu qruplaşmaların geniş şərhinə lüzum görmürük. Zira ən azı ona görə ki, hazırda terror aktlarının tam əksəriyyəti bilavasitə "Əl Qaidə"nin əməli yox, yaradılması və mövcudluğuna bu təşkilat tərəfindən dəstək verilən, oxşar ideologiya və davranış sxemlərinə malik terror təşkilatları tərəfindən həyata keçirilir. ABŞ isə terrorla mübarizədən öz siyasi, iqtisadi və geosiyasi məqsədləri üçün istifadə etdiyindən qlobal terrorizm bundan da təbliğat məqsədləri üçün maksimum dərəcədə yararlanır. Sözügedən problemi amerikalı analitiklər də etiraf edirlər, fəqət Vaşinqton "qaş qayırmaq istəyi ilə göz çıxarmaq" taktikasından əl çəkmək niyyətində deyil. Terrorla mübarizə strategiyaları da fərqlidir. Azərbaycan erməni separatçılığı kimi qəbul edilən, amma əslində sırf terrorizm olan problemi hələlik dinc danışıqlar və beynəlxalq vasitəçilər hesabına həll etməyə çalışır. ABŞ terrorla savaş taktiksını, Avropa Birliyi isə daha az səs-küylü, amma yetərincə effektiv diplomatik səyləri seçiblər. Fəqət istənilən halda antiterror siyasətinin effektivliyinin dəyərləndirilməsi ilə məşğul olmaq çətindir, çünki şərtlər və problemlər eynən dövlətlərin onları həllinə yönəltdikləri səylər təki xeyli fərqlidir. ABŞ ilə müqayisədə Avropa Birliyi ölkələri sadalanan problemlərin həlli vacibliyi ilə xeyli əvvəl qarşılaşıblar. Səbəb isə 1970-1980-ci illərdə ifrat solçu ideyaların tərəfdarlarının yaratdıqları terror təşkilatlarının Avropa ölkələrindəki fəallığı idi. Əslində Avropa dövlətləri indi də terrorla mübarizə və terrorçuların fəallaşmasının səbəblərinə cavab axtarışı istiqamətində irəliləyə bilməyiblər. Terror metodlarından istifadə edərək bizə mümkün qədər ağır itkilər və zərər vermək istəyən insanlardan heç zaman özümüzü tam qoruya bilməyəcəyik. Lakin irəliləyiş ola bilər. Bir şərtlə ki, dövlətlər terrorla mübarizəni insan haqlarının tapdanması ilə müşayiət olunmasına son qoysunlar. Həsən AĞACAN [email protected]/* */ express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar