SON XƏBƏRLƏR

Tiblisin ətrafı bombalanır

2021.10.20, 07:36
Tiblisin ətrafı bombalanır

Gunaz.tv
Tiblisin ətrafı bombalanır dik-ceyn.jpg Gürcüstan Cənubi Osetiya müharibəsinin 4-cü günü döyüş bölgəsindən intesiv hərbi toqquşmalar barədə xəbərlər gəlməkdədir. Gürcü rəsmilərinin ötən günü atəşkəs elan etmək və danışıqlara başlamaq barədə bəyantlarına baxmayaraq, Rusiya ordusu hücumlarına ara vermir. Gürcüstan Daxili İşlər Nazirliyi xəbər verir ki, Rusiya hərbi hava qüvvələri bu gün Tbilisini ətrafını bombalayıblar. Atılmış bombalardan biri Tbilisinin Mahat dağı rayonuna düşüb. Bazar günü axşam Gürcüstan rəsmiləri atəşkəsin elan edilməsi və Tsxinvalidən çəkilmək barədə qərar qəbul etmələrinə baxmayaraq, Rusiya hərbi müdaxiləni bir anda olsun dayandırmaq fikrində deyil. Gürcüstan hərbi mövqeləri Rusiya ordusu tərəfdən atəşə məruz qalır. Rusiya sülhməramlılarının komandanı Marat Kuləhmədov bildirib ki, Gürcüstan aviasiyası bu gecə cənub istiqamətindəki postlardan birini havadan atəşə məruz qoyub. Qondarma Cənubi Osetiya respublikasının prezidenti Eduard Kokoytının sözlərinə görə regionda vəziyət yaxşılaşmağa doğru gedir, gürcü hərbi birləşmələrinin əsas qüvələri döyüş bölgəsini tərk edərək, geri çəkilir. Şəhərdə atışma dayanıb, ayrı ayrı başıpozuq gürcü hərbçiləri isə müqaviməti davam etdirirlər. Ötən gündən başlayaraq İraqda yerləşdirilmiş Gürcüstan sülhməramlıları Amerikanın hərbi nəqliyyat təyarələri ilə geri qayıdır. Əsgərlərin yarısı vətənə dönən kimi, döyüş bölgəsinə göndəriləcək. Rusiya Müdafiə Nazirliyini məlumatına görə, Cənubi Osetiya əhalisi arasında ölənlərin sayı 2 min nəfəri keçib, 30 mindən artıq insan isə yaşadıqları yerdən qaçqın düşüb. Təcavüzə məruz qalmış Gürcüstana beynəlxalq dəstək artır. Birləşmiş Ştatların vitse –prezidenti Dik Çeyni bəyan edib ki, Rusiyanın Gürcüstana təcavüzü cavabsız qalmamalıdır. Bu arada Gürcüstan ərazisindəki daha bir münaqişə ocağında genişmiqyaslı hərbi əməliyataların başlanması ehtimalı artır. Tanınmamış Abxaziya respublikasının hərbi birləşmələri Kodor dərəsində Gürcüstan polis postlarına havadan zərbə endiriblər. Buna baxmayaraq, gürcü polisi öz mövqelərini qoruyub saxlamağa və abxazların dərəyə daxil olmasının qarşısını almağa müvəffəq olub. Abxaziya prezidenti Sergey Baqabş Gürcüstan hərbçilərinin Kodor dərəsindən tam çıxarılmasınadək döyüş əməliyyatlarını davam edəcəyini söyləyib. Bu münaqişə ocağında da hadisələr Rusiyanın aktiv hərbi müdaxiləsi olmadan keçməyib. Gürcü mənbələri xəbər verir ki, Rusiya təyyarələri ötən gün Yuxarı Abxaziyada Gentsvişi, Acara və Xçalta kəndlərini bombalayıblar. lidertv

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar