SON XƏBƏRLƏR

Tikantəpə imam cüməsi Pejak terror qruplaşmasının şəhərdəki simvollarının çıxarılmasını istəyib- VİDEO

2021.10.20, 07:36
Tikantəpə imam cüməsi Pejak terror qruplaşmasının şəhərdəki simvollarının çıxarılmasını istəyib- VİDEO

Gunaz.tv

GünAz TV: Tikantəpə şəhərinin imam cüməsi İsa Bəradəri şəhər şurasının radikal kürd üzvü Hüseyn Mixayılini və bələdiyyə sədrini kəskin tənqid edib.

 

O, ötən günki cümə xütbəsində məsullardan Pejak terror qruplaşmasının şəhərin Mövləvi meydanında mövcud olan simvolunun oradan çıxarılmasını tələb edib.

 

İmam cümə Tikantəpə (Tikab) şəhər şurasının radikal kürd üzvlərinin səhv düşüncələrinin yuxarıda qeyd edilən fitnəyə yol açdığını deyib və terror qruplaşmasının simvolunun meydanda asılmasını böyük xəyanət adlandırıb.

 

“Bu bir neçə səhv düşünən şəxs türklər və şiələrin duyğularının təhrik olmasına zəmin yaratmamalıdır”,- deyə İsa Bəradəri əlavə edib.

 

İmam cümə Pejak terror təşkilatının tarixi Azərbaycan şəhəri olan Tikantəpədə simvolunun asılmasını bu şəhərə mühacirət etmiş radikal kürdlərin “ciddi fəaliyyətlər”indən biri kimi dəyərləndirib. O, həmçinin məsulların minlərlə şəhid, döyüşçü və ya böyük insanın şəkli əvəzinə, şəhərdə terror təşkilatının simvollarının asılmasının sual doğurduğunu qeyd edib.

 

Din xadimi bələdiyyə məsullarına xitabən bildirib ki, virtual məkana baş çəkin, görün ki, bu simvolu kim təsdiqləyib və kimlərin bayrağına bənzədiblər. O, bu addımın təəssüf və utanc doğurduğunu, daha məsulların simvol hazırlama işlərinə inanmadığını, onları qeyd edilən atributla gizli mesaj ötürmək məqsədlərinin olduğunu deyib.

 

“Bu terror elementinə görə, ötən bir neçə gündə xalq bizə etirazını bildirib və çəkinliklə onların küçələrə axışmasının qarşısını ala bilmişik”,- deyə imam cümə vurğulayıb.

 

Bəradəri Tikantəpə şəhər şurasının xain türk üzvü Əbülfəz Məqsudinin kürd üzvlərinin məkrli planlarında iştirakı məsələsi barədə də danışıb və deyib: “Sənin qanundan xəbərin yoxdur. Sən ya nadan və cahilsən, ya da xain!”

 

Din xadimi eləcə də şuranın kürd üzvlərinin qeyri-qanuni, şəri və ənənəvi addımları barədə məsullara ciddi xəbərdarlıq edib.

 

Bəradəri Tikantəpə bələdiyyəsi önündəki Təkə elementinin çıxarılmasında Qərbi Azərbaycan əyalətinin yerli olmayan icra hakiminin və Hüseyn Mixayılinin rolunu bir daha xatırladıb və məsulların şəhərin əsil sakinləri- türklərin etirazları və hisslərinə heç bir əhəmiyyət qoymadığını, əksinə, radikal kürdlərin mənafeyini hər kəsdən üstün tutmaqla, şəhərdə milli və dini qarşıdurmanı qızışdırdıqlarını deyib.

 

İmam cümə sonda əlaqəli rəsmilərdən terror təşkilatının simvolunun təcili surətdə qeyd edilən ərazidən götürülməsini və bunu edənlərin cəzalandırılmasını tələb edib. O, bunun baş vermədiyi təqdirdə, şəhər əhalisinin küçələrə axışıb, bunu edəcəyi barədə xəbərdarlıq edib.

 

Xatırladaq ki, Pejak terror təşkilatı və “İran Kürdüstanı Demokratik Partiyası”nın simvolları Tikatəpə şəhərinin bələdiyyə başçısı Nasih Məhəmmədxaninin sifarişi və şəhər şurasının radikal kürd üzvü Hüseyn Mixayılinin nəzarəti ilə hazırlanıb və cari ilin oktyabr ayının 9-da, Mövləvi meydanında qoyulub.  

 

 

Dəf çalğı aləti olduğu iddia edilən həmin simvolun içərisində kürd terror qruplaşmalarının atributu olan günəş xüsusi “ustalıqla” yerləşdirilib. Həmin element Pejak terror qruplaşması, Kürdüstan Demokratik Partiyası, eləcə də Kürdüstanın qondarma bayraqlarında da əks olunub.

 

“Mənim Təkabım” və bələdiyyəyə məxsus “Şəhərin Dinamikası” adlı Telegram kanalları, eləcə də Nasih Məhəmmədxani və Əbülfəz Məqsudi öz İnstagram səhifələrində bu simvolu paylaşmaqla məşğuldurlar. Onlar buna etiraz edənlərin şərhlərini silir, özlərini də blok edirlər.

 

Kürd terror qruplaşmalarının dəstəkçisi olan bələdiyyə başçısı Nasih Məhəmmədxaninin İnstagram hesabı:

https://www.instagram.com/p/B3Z7s5vBOCR/?utm_source=ig_web_copy_link

 

Tikantəpə şəhərinin vətən xaini olan üzvü Əbülfəz Məqsudinin İnstagram hesabı: 

https://www.instagram.com/_dr.abolfazlmaghsoudi_/?igshid=23us2bw80p8s

 

 Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar