Tikantəpədə həbslər olub- 2 milyardlıq cinayət

2021-05-07 12:35

Qərbi Azərbaycan əyalətinin Tikantəpədə həbslər həyata keçirilib. Məlumata görə,  şəhər şurasının 4 üzvü: Əbülhəsən Fəttahi, Əbülfəz Məqsudi, Behnam Qasımlı və Seyid Əsəd Seyidi saxlanılıb.

Gunaz.tv Quote | Gunaz article

Yüksək məbləğdə, 2 milyardlıq korrupsiyada günahlandırılan şura üzvləri hər biri 2 il həbs, 5 il rəsmi dövlət işindən uzaqlaşdırma və nağd cərimə ödəməyə məhkum olunublar.

Aprelin 27-də Tikantəpə Cinayət Məhkəməsinin 102-ci şöbəsi tərəfindən verilən qərara görə, Əbülhəsən Fəttahi 224 milyon tümən, Əbülfəz Məqsudi 170 milyon tümən, Behnam Qasımlı 214 milyon tümən və Seyid Əsəd seyidi 102 milyon tümən mənimsəməkdə təqsirli biliniblər.

Qasımlı və Seyidi bundan öncəki mərhələdə şəhər şurasının üzvü olublar. Ancaq Əbülhəsən Fəttahi və Əbülfəz Məqsudi saxlanılan zaman şəhər şurasının üzvü kimi fəaliyyət göstərirdilər.

Fəttahi və Məqsudi Qərbi Azərbaycanda silahlı kürd təşkilatlarına yaxınlıqları ilə tanınırlar. Onlar Tikantəpədə kürd silahlı təşkilatı “PEJAK”ın simvolunun şəhər meydanında quraşdırıldığna etiraz edən türk milli fəallara qarşı çıxıb və hüquq mühafizə orqanlarından, məhkəmə sistemindən şəhər şurasının kürd üzvləri ilə bigə fəallara qarşı cinayət işi açılmasını tələb etmişdilər.

Qeyd edək ki, rüşvətxorluq İran hökumətinin bütün orqanlarında geniş yayılıb. Bir müddət əvvəl Tehran Şəhər Şurasının sədri Möhsün Haşimi ölkənin bütün bələdiyyələrində rüşvətxorluğun geniş yayıldığını etiraf edib.

Beynəlxalq Şəffaflıq Təşkilatının son hesabatına əsasən, İran rüşvətxorluğun ən çox yayıldığı ölkələr içərisindədir və bu sahədə 180 ölkə içərisində 130-cu yerdə qərarlaşıb.

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güney azərbaycanlı məhbusların aclıq aksiyası genişlənir-Daha üç məhbus aksiyaya qoşuldu

2021-06-13

gun az article

Təbrizdə iki mədəni fəal həbsxanaya aparılıb

2021-06-12

gun az article

Keçmiş siyasi məhbuslardan Abbas Lisaniyə dəstək

2021-06-12

gun az article

Təbrizdə Abbas Lisaniyə dəstək verilib-FOTO

2021-06-12

gun az article

Abbas Lisaniyə dəstək aksiyası davam edir

2021-06-12

gun az article

Rəşt şəhərində türklərə məxsus yer adları dəyişdirilir-VİDEO

2021-06-12

gun az article

Zənganın ölümə aparan yolları: Ən azı 1600 kilometr yol təmir edilməlidir

2021-06-12

gun az article

Günaz.TV-nin rəhbəri İraq kürdlərinin Urmu seçkilərindəki müdaxiləsinə münasibət bildirib-VİDEO

2021-06-12

gun az article

Abbas Lisaninin başladığı aksiya genişlənir: Siyasi məhbus Yusif Kari də aclığa qoşuldu

2021-06-12

gun az article

İraq kürdləri Qərbi Azərbaycan seçkilərinə müdaxilə edir-FOTO, VİDEO

2021-06-12

gun az article

Qərbi Azərbaycanda əməliyyat: Tarixi əşya qaçaqmalçıları ələ keçdi

2021-06-12

gun az article

Abbas Lisani aclıq aksiyasına başladı

2021-06-12

gun az article

Ərdəbildə divarlara milli şüarlar yazıldı: “Tehranda seçkilər, Azərbaycanda aclıq aksiyası”-FOTO

2021-06-12

gun az article

GünazTV June.11.2021: Körpü: İran'da Qondarma Seçkilər, Güney Azərbaycan Milli Hərəktinin Tarixi Qalibiyyəti

2021-06-12

gun az article

GünazTV June.11.2021-Azadlıq səsi: Milli hərəkat və seçki

2021-06-12

gun az article

Milli hökumətin başçısı Seyid Cəfər Pişəvərinin doğum günüdür

2021-06-12

gun az article

Urmulu türk xanım Parisdə Beynəlxalq Karate Liqasının münsif üzvü seçildi

2021-06-11

gun az article

Prezidentliyə namizəd İbrahim Rəisi Urmu gölünün bərpasından danışıb

2021-06-11

gun az article

Binab kəndlərində içməli su böhranı-VİDEO

2021-06-11

gun az article

Qəzvinli qadın beynəlxalq yarışda hakimlik edəcək

2021-06-11