SON XƏBƏRLƏR

Tikantəpə yollarının bərbad vəziyyətdə olduğunu göstərən VİDEO

2021.10.20, 07:36
Tikantəpə yollarının bərbad vəziyyətdə olduğunu göstərən VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda əksər yolların bərbad vəziyyətdə olduğu, son illərdə təmir-bərpa işlərinin aparılmadığı barədə dəfələrlə məlumat yayılıb.

 

Tikantəpə Teleqram kanallarında yayılan bir video Tikantəpə-“Sayın qala” yolunun hansı vəziyyətdə olduğu göstərməkdədir.

 

Deyilənlərə görə, videoda görünən yol Qərbi Azərbaycan Əyalətində yerləşən Tikantəpənin ən yaxşı caddəsi hesab olunur, bölgənin digər yolları daha acınacaqlı vəziyyətdədir.

 

Hər il yüzlərlə azərbaycanlı bu yolda baş verən avtomobil qəzalarında həyatını itirir və ya müxtəlif dərəcəli bədən xəsarəti alır.

 

https://www.youtube.com/watch?time_continue=15&v=xvI8B3PeinI

 

Tikantəpə şəhəri “Zreh Şuran” və “Ağ dərə” kimi Yaxın Şərqin ən böyük qızıl mədənlərinə malikdir. Bu bölgə çox sayda qiymətli daş mədənləri ilə də zəngindir. Lakin mədənlərin məhsulları xammal kimi İranın mərkəzi şəhərlərinə daşındığı üçün bölgənin iqtisadi durumuna heç bir müsbət təsir etmir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar