SON XƏBƏRLƏR

Tikantəpədə Azərbaycanın mifik simvolu yerindən götürüldü, mühacir kürdlər... – GÖRÜNTÜ

2021.10.20, 07:36
Tikantəpədə Azərbaycanın mifik simvolu yerindən götürüldü, mühacir kürdlər... – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycanın Tikantəpə şəhərində “Təkəm” heykəli Bələdiyyə İdarəsinin qarşısından götürülüb. Azərbaycanın mifik simvolu azğın mühacir kürdlərin etirazı nəticəsində yerindən qaldırılıb.

 

Heykəl bələdiyyə başqanının tapşırığı ilə yerli heykəltəraş Şəmsulla Pirani tərəfindən hazırlanmışdır.

 

“Təkə” türk dilində erkək keçi, “təkəm” isə mənim keçim deməkdir. “Təkə” qoyun sürüsünün başında gedən keçidir. Novruz bayramı ərəfəsində həyata keçirilən “Təkəm gəzdirmə” mərasimində təkəmçi ağacdan təkə hazırlayaraq onu əlində tutur və şəhəri gəzir. Təkəmçi əlindəki “təkəm”ini tərpədib, şeir oxuyur və bahar müjdəsini verir.

 

“Təkəm” heykəli martın 15-də Tikantəpə Bələdiyyə İdarəsinin qarşısında qaldırılıb və elan olunub ki, yaxın zamanda heykəlin kənarında Novruz süfrəsi açılacaq, süfrəyə “s” hərfi ilə başlayan 7 növ ərzaq qoyulacaq.

 

Heykəl quraşdırıldıqdan sonra kürdlərə məxsus bir neçə Teleqram kanalı, o cümlədən anti-Azərbaycan mövqeyi ilə seçilən, kürd terror qruplaşmalarına bağlı “Şarəkəm Tikab” kanalı bu mədəni tədbirə qarşı hərəkətə keçərək heykəlin qaldırılmasını tələb ediblər. Tikantəpə Şəhər Şurasının kürd üzvləri Hüseyn Mikaili, Nadir Bəhri və Süməyyə Əlmasi də həmin radikal qüvvələrə qoşulub və nəhayət heç bir səbəb olmadan gecə saatlarında heykəli yerindən götürüblər.

 

 

“Şarəkəm Tikab” Teleqram kanalı Azərbaycanın mifik simvolunun onların təzyiqi ilə götürüldüyünü elan edib.

 

 

 

Təbii ki, yerli əhali Şəhər Şurasının türk üzvləri Əbülfəz Məqsudi, Əbulhəsən Fəttahi və Bədəxşinin bu qərəzli hərəkətin qarşısını almaq üçün heç bir iş görmədiyindən narahatdır. Azərbaycanlı sosial şəbəkə istifadəçiləri isə Azərbaycan mədəniyyətinə qarşı yönələn hərəkətə kəskin etiraz edir, bu səhnənin şəkillərini yayırlar.

 

Heykəlin yenidən quraşdırılmasını tələb edən Tikantəpə əhalisi azğın qüvvələrin tələbi ilə belə bir hərəkətə əl atan məsulların cavab verməsini istəyir.

 

Tikantəpə tarixi Azərbaycan şəhəridir. Bu şəhər İran inqilabına qədər Marağa şəhərinə bağlı olub. Şəhərin adı 1937-ci ildə (hicri-şəmsi təqvimi ilə 1316-cı il) Pəhləvi rejimi tərəfindən “Tikab” adı ilə dəyişdirilib. İnqilabdan sonra baş verən hadisələr və qonşu İraqda şahid olduğumuz müharibələr kürdlərin bu bölgəyə üz tutmasına səbəb olub. Hazırda Tikantəpə şəhəri və ətraf ərazilər kürd terror qruplaşmalarının ərazi iddiası qaldırdığı məntəqələr sırasındadır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar