Tikantəpədə mədən fəaliyyətlərinin ətraf mühitə vurduğu ziyana qarşı etiraz aksiyası keçirilib + VİDEO

2020-09-13 11:58

Qərbi Azərbaycanın Tikantəpə (Təkab) vilayətində mədən şirkətlərinin ətraf mühitə vurduğu ziyana göz yumulmasına qarşı etiraz aksiyası keçirilib.

Gunaz.tv Quote | Gunaz article

Məlumata əsasən, Tikantəpənin Faqqılı kəndinin əhalisi və ətraf mühit fəalları kəndin yaxınlığında yerləşən “Kəmər Bulaq” məntəqəsində toplaşaraq daş mədənlərinin fəaliyyəti nəticəsində bölgənin ətraf mühitinə dəyən ciddi ziyana qarşı etirazlarını bildiriblər.

 

Əhalinin fikrincə, daş mədəninin bu məntəqədə fəaliyyət göstərməsi qeyri-qanunidir və istehsal lisenziyası lobbiçiliklə əldə edilib.

 

Yerli sakinlər vurğulayıblar ki, mədənin fəaliyyəti kəndin bağları və əkinçilik sahələrini yarasız vəziyyətə gətirəcək, yeraltı sulara və çaylara, eləcə də tarixi abidələrə düzəlməz ziyan vuracaq.

 

Sakinlər həmçinin bildiriblər ki, sözügedən mədənin isfahanlı sahibi kəndin bəzi işsiz gənclərini işə cəlb etməklə əhali arasında ixtilaf yaratmağa cəhd edir. Beləliklə də məntəqənin yeraltı sərvətlərini talan edərək ətraf mühitə zərərli olan fəaliyyətini davam etdirməyə çalışır.

 

Aksiyanın sonunda kənd əhalisi mədənin bağlanmasını tələb edərək bildiriblər ki, əks halda mədənin yollarını bağlayaraq onun fəaliyyətinin qarşısını alacaqlar.

 

Son illərdə Tikantəpə kəndlərinin əhalisi həbs edilmək və cərimələnməyi gözə alaraq bu daş mədənlərinin ətraf mühitə ziyan vurması ilə bağlı dəfələrlə etiraz etsələr də heç bir nəticə əldə olunmayıb.

 

Tikantəpə Yaxın Şərqdə Zərəşoran və Ağdərə kimi iki ən böyük qızıl mədəni, həmçinin 80 daş mədəninə sahibdir. Lakin İran rejiminin ayrı-seçkilik siyasətləri nəticəsində bura ölkə üzrə ən ağır iqtisadi durumda olan bölgələrdən biridir. Tikantəpəni əyalət mərkəzi ilə birləşdirən münasib yol belə mövcud deyil.

 

Zərəşoran mədəninin səhmdarları və sahibləri ölkənin mərkəzində yerləşən, farsların üstünlük təşkil etdiyi əyalətlərdəndir. Onlar mədəndən hasil edilən xam məhsulu ölkənin mərkəzinə göndərirlər, beləliklə, ondan əldə edilən gəlirlərdən İsfahan, Kirman, Yəzd və Tehran kimi əyalətlər faydalanır.

 

Ü.F

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Sep.21.2020: PARLAQ GƏLƏCƏK: Tetik Mexanizmi'nin Tə'sirləri

2020-09-22

gun az article

Təbriz Universitetində türk dili və ədəbiyyatı üzrə təhsil alan ilk tələbələr məzun olub + GÖRÜNTÜ

2020-09-21

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-21

gun az article

İran rəsmisi Muğanda neft yataqlarının axtarışına başlanacağını açıqlayıb

2020-09-21

gun az article

Həbsə məhkum edilən 2 milli fəalın məzuniyyəti uzadılıb

2020-09-21

gun az article

Xorasan türkləri Nadir Şah haqqında kitab nəşr edib

2020-09-21

gun az article

Güney Azərbaycanda 3 işçi qazdan zəhərlənərək ölüb

2020-09-21

gun az article

İranlı nazir Azərbaycanın Təkab şəhərini Kürdüstan adlandırıb + VİDEO

2020-09-20

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-20

gun az article

“Durnalar yuvası”  stadionunun türkcə lövhəsi qaytarılıb

2020-09-20

gun az article

Qızıl şəhəri Təkab sürgün məntəqəsi kimi təqdim olunub

2020-09-20

gun az article

Azərbaycan adını təhrif edən mağazalar şəbəkəsi düzəliş etməyə məcbur olub

2020-09-20

gun az article

Yüzlərlə iraqlı kürd tələbəsinin Təbrizə yerləşdirilməsi barədə məlumatlar yayılıb

2020-09-19

gun az article

Güney Azərbaycanın Zəncan və Həmədan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-19

gun az article

Şərqi Azərbaycan muzeylərinə ziyarətçilərin sayı kəskin azalıb

2020-09-19

gun az article

İrəc Hərirçi: “Şərqi Azərbaycanda koronavirusa yoluxma halları artan templə davam edir”

2020-09-19

gun az article

Şərqi Azərbaycanda baş verən yol qəzasında 2 nəfər ölüb

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: Azadlıq səsi: Farsçılığın demokrasiyə qarşı düşmənçiliyi

2020-09-19

gun az article

GünazTV Sep.18.2020-QADINCA: #Azərbaycan Talandı Kampanyası

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: İran toplumunun 70% -i məcburi hicaba qarşı çıxır

2020-09-18