SON XƏBƏRLƏR

Tikantəpədə mühacir kürdlərlə yerli türklər arasında qarşıdurma yaşanıb, 116 nəfər saxlanılıb

2021.10.20, 07:36
Tikantəpədə mühacir kürdlərlə yerli türklər arasında qarşıdurma yaşanıb, 116 nəfər saxlanılıb

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycanın Tikantəpə şəhərində yerli türk əhali ilə şəhərin kürd kökənli bələdiyyə başçısı Naseh Məhəmmədxaninin kürd tərəfdarları arasında kütləvi dava olub.

 

Şənbə günü baş verən hadisədə çox sayda insanın xəsarət aldığı, 100 nəfərdən çoxunun polis tərəfindən saxlandığı bildirilir.

 

Məlumata görə, bələdiyyə başçısının çox sayda tərəfdarı onun Çillə gecəsi ilə bağlı şəhər parkının qarşısında təşkil etdiyi sərgiyə qatılıb. Sərginin keçirildiyi yerdə izdiham yaşanıb.

 

Əldə etdiyimiz informasiyaya görə, Naseh Məhəmmədxaninin tərəfdarlarından olan Sədi Dəşti içkili vəziyyətdə bir türk gənclə dava edərək onu döyüb. Ətrafdakı soydaşlarımız ona etiraz edincə, o “biz kimsədən qorxmuruq. Yaxın zamanda evinizə silahla hücum edib hamınızı şəhərdən çıxardacayıq” deyə cavab verib. Sonda tərəflər arasında kütləvi qarşıdurma yaranıb. Hər iki tərəfdən xəsarət alanlar var. Xəsarət alanlardan bəzilərinin əl və ayaqlarının qırıldığı bildirilir.

 

Polis davanı yatızdırıb. Qarşıdurma zamanı 63 nəfər türk və 58 nəfər radikal bələdiyyə başçısının tərəfdarı polis tərəfindən saxlanılıb. Bəzi mənbələr toplam olaraq 116 nəfərin saxlandığını bildirir.

 

Radikal kürdçü mövqeyi ilə seçilən Naseh Məhəmmədxani Tikantəpədə bələdiyyə postuna təyin olunduqdan sonra şəhərdə yerli əhali ilə mühacir kürdlərin münasibəti daha da gərginləşib. Naseh Məhəmmədxani əslən Divandərrə şəhərindəndir. Ona Tikantəpə Şəhər Şurasının üzvləri Süməyyə Əlmasi və Hüseyn Mikaili, eləcədə şəhərin sözdə millət vəkili Humayun Haşimi xüsusi dəstək verir.

 

Yeli olmayan bələdiyyə başçısının radikal kürd qruplaşmaları ilə sıx əlaqədə olduğu bildirilir. Bundan əvvəl onun göstərişi ilə üzərində “Pejak” terror qruplaşmasının simvolunun olduğu Dəf heykəli şəhərin Şərifabad məhəlləsində quraşdırılmışdır. Terror simvolu yerli əhalinin etirazından sonra heykəlin üzərindən götürüldü.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar