Tikantəpədə terrorçuların simvolunu qaldıranlara etiraz edənlər məhkəməyə çağırılıb

19.12.2019, 09:50

GünAz TV: Qərbi Azərbaycan Əyalətinin Tikantəpə şəhərinin yerli olmayan bələdiyyə başçısı Naseh Məhəmədxaninin şikayəti əsasında 12 tikantəpəli soydaşımız məhkəməyə çağırılıb. Onlar şəhərdə “Pejak” terror qruplaşmasının simvolunu heykəl üzərində quraşdırıb və qaldıranlara etiraz etdikləri üçün bələdiyyə başçısının qəzəbinə tuş gəlib.

 

Məlumata görə, Tikantəpə İnqilab Məhkəməsinin 1-ci şöbəsi (Dadsəra) Saib Nəhavəndi Tikantəpə, Yavərəli Qəmərniya, Əli Hidayəti, Vəhid Sədri, Ramin Rzayi, Mehdi Rzayi, Abdulla Əflaki, Həmid Eyvəzi, Hadi Şəhbazi, Murtaza Neysani, Məcid Zahidpur və Nəvvab Cahanini məhkəmə çağırıb.

 

Çağırış vərəqəsində tikantəpəli gənclərin bələdiyyə başçısını təhqir etmək və ictimai nizam-intizamı pozmaqda ittiham olunduğu qeyd olunub.

 

Tikantəpənin bələdiyyə başçısı Divandərrə kürdlərindəndir. O Mahmud Rövşəni Hacıbabanı özünə vəkil tutub. Deyilənlərə görə, digər vəkillər bələdiyyyə başçısının müraciətini qəbul etməyib.

 

Azərbaycanlı gənclər oktyabrın 13-də “Pejak” və İran Kürdistanı Demokratik Partiyası terrorçu qruplaşmalarını simvolizə edən heykəlin Tikantəpənin Şərifabad məhəlləsində qaldırılmasına etiraz bildirmişdir. Bələdiyyə İdarəsinin həyətində keçirilən dinc yığıncaq Şəhər Şurasının radikal kürd üzvü Hüseyn Mikaili və kürddilli bələdiyyə başçısı Naseh Məhəmmədxaninin tərəfdarlarının hücumuna məruz qalıb, tərəflər arasında qarşıdurma yaşanmışdır.

Bu hadisədən bir neçə saat sonra Dəf heykəlinin üzərindən terrorçu qruplaşmalarını simvolizə edən element götürülüb.

 

Xatırladaq ki, Dəf musiqi aləti şəkilində hazırlanan heykəldə terror qruplaşmalar “Pejak” və İran Kürdüstanı Demokratik Partiyasının simvolu olan “günəş” əks olunmuşdur. Heykəl Tikatəpə şəhərinin sözdə bələdiyyə başçısı Naseh Məhəmmədxaninin sifarişi və Şəhər Şurasının radikal kürd üzvü Hüseyn Mikailinin nəzarəti ilə hazırlanıb və oktyabr ayının 9-da Tikantəpənin Şərifabad məhəlləsində ucaldılmışdır.

 

 

 

 

 

N.S

 

 

 

 

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19