Tikantəpənin qızıl mədənində qarşıdurma: Müəssisənin rəhbəri hadisə yerindən qaçdı

2021-07-22 11:10

Qərbi Azərbaycan əyalətinin Tikantəpə mahalının “Zərşuran” qızıl mədəninə aid zavodda insident baş verib.

Gunaz.tv Quote | Gunaz article

Yerli əhaliyə qarşı tehrandan gətirilən mühafizəçilərin zor tətbiq etməsi toqquşmalara səbəb olub.

Son günlər Tikantəpənin “Zərşuran” qızıl mədəninin müdiriyyəti müəssisənin mühafizəsini Tehranın “Peyam-i Nəsr” şirkətinə tapışırıb. Bölgədə işsizlik səviyyəsinin yüksək olduğu bir halda, şirkət yerli əhalidən heç kimsəni işə qəbul etməyib və 30 mühafizəçini Tehrandan bölgəyə gətirib.

Verilən məlumata görə, iyulun 17-də mədəndə işləyən yerli işçilər və bölgə əhalisi buna dinc şəkildə etirazlarını bildirdiklərində işə cəlb olunmuş tehranlı mühafizəçilər onlara hücum edərək güc tətbiq edib.

Tehranlıların bu hərəkətindən qəzəblənən azərbaycanlılarla mühafizəçilər arasında qarşıdurma şiddətlənib. 

Qarşıdurma zamanı mədən rəhbərliyinin inzibati binasına, yeni mühafizəçilərə məxsus avtomobillərə və işçilərin yataqxanasına xəsarət yetirilib. Hər iki tərəfdən bir neçə nəfər yaralanıb.

Qarşıdurmanın şiddətlənməsindən sonra qızıl mədəninin fars dilli müdiri və tehranlı mühafizəçiləri hadisə yerindən qaçıb.

Xatırladaq ki, Tikantəpənin yerli əhalisinin bəziləri işsizlik və yoxsulluq səbəbindən bölgə dağlarında orpiment (zırnıx) istixrac edərək həyatlarını idarə etmək məcburiyyətində qalırlar. 

“Zərşuran” qızıl mədənindən ildə 1000 kq təmiz qızıl əldə edib və Tehrana daşıyan mədən rəhbərliyi yoxsul əhalinin orpiment əldə etməsinə mane olmaq istəyir.

Bu isə işsizlik və yoxsulluqdan bezmiş əhali ilə qızıl mədəni rəhbərliyi arasında qarşıdurmalara səbəb olur.

Belə hallar Azərbaycanın başqa bölgələrində də baş verir və məsullar yoxsul əhalinin qızıl mədənlərindən uzaq saxlanılması üçün daha sərt tədbirlərin görülməsini istəyirlər.

صفحه نخست - وب سایت شرکت گسترش معادن و صنایع معدنی طلای زرشوران

Bundan öncə iyul ayının 1-də Şərqi Azərbaycan Mədənlər Şurasının toplantısında  çıxış edən Şərqi Azərbayca əyalətinin valisi Məhəmmədrza Purməhəmmədi təhlükəsizlik və polis qüvvələrini “Əndəryan” qızıl mədənindən qanunsuz konsentrant əldə etməyə çalışan yerli əhaliyə qarşı daha sərt addımlar atmağa çağırıb.

O deyib ki,  mədənin “talanması" ölkənin ümumi büdcəsinə ziyan vurur, yerli məsulların narahatlığına səbəb olur.

Vali bildirib ki, bu hərəkətlərin qarşısı sərt şəkildə alınmasa qanunsuz istixrac daha çoxalacaq və bunu önləmək çətinləşəcək.
“Mühafizə düzgün təşkil edilmədiyi təqdirdə biz başqa tədbirlər görməyə məcbur olacayıq”-deyə, Purməhəmmədi Əndəryan xəbərdarlıq edib.

O, qızıl mədəninin mühafizə dəstələrinin fəaliyyətlərinin daha ciddiləşdirmələrini tələb edib.

İranın Sənayə və Mədənlər nazirinin müavini Əsədulla Keşavərz isə valinin təklifləri ilə həmrəy olduğunu bildirib.

"Bölgə əhalisi mədən zolaqlarını taparaq oradan qanunsuz gəlir əldə edirlər, bu sahədə qanunlar daha ciddi şəkildə tətbiq olunmalıdır”-deyə, o, bildirib.

İyunun əvvəllərində İranın təhlükəsizlik təşkilatına bağlılığı ilə tanınan “ANAC” saytı da “Əndərayn” qızıl mədəni ətrafında məşğul olan güney azərbaycanlıları təhqir etmişdi.

Sayt "Bundan öncə Şərqi Azərbaycan əyalətinin təhlükəsizlik idarəsinin başçısının Vərziğan qızıl mədəni ətrafında qanunsuz çalışanlara xəbərdarlığına baxmayaraq, bu problem həll olunmamış qalıb”-deyə,yazmışdı.

Xatırladaq ki, mayın sonunda Güney Azərbaycanın Vərziğan bölgəsinin İran İslami Şura Məclisindəki nümayəndəsi və parlamentin Sənaye və Mədən Komisiyasının üzvü Allahverdi Dehqani Əndiryan qızıl mədəninin hazırkı vəziyyətini tənqid edib.
"Deyilənə görə mədəni 20 illiyinə alan şəxs rus əsilli Gürcüstan vətəndaşıdır. Onun Rusiyada iflasa uğramış iş adamı olduğu ehtimal edilir”-deyə, o, mayın 26-ı mətbuat nümayəndələrinə açıqlamasında deyib.   

Qeyd edək ki, Tikantəpə Yaxın Şərqdə Zərşuran və Ağdərə kimi iki ən böyük qızıl mədəni, həmçinin 80 daş mədəninə sahibdir.
Lakin İran rejiminin ayrı-seçkilik siyasəti nəticəsində bura ölkə üzrə ən ağır iqtisadi durumda olan bölgələrdən biridir. Tikantəpəni əyalət mərkəzi ilə birləşdirən münasib yol belə mövcud deyil və işsizlik, yoxsulluq səviyyəsinə görə Tikantəpə ölkə üzrə ilk yerlərdən birini tutur.
 
Zərşuran mədəninin səhmdarları və sahibləri ölkənin mərkəzində yerləşən, farsların üstünlük təşkil etdiyi əyalətlərdəndir. Onlar mədəndən hasil edilən xam məhsulu ölkənin mərkəzinə göndərirlər. 
Beləliklə, ondan əldə edilən gəlirlərdən İsfahan, Kirman, Yəzd və Tehran kimi əyalətlər faydalanır. 

Mədənlərin istismarında işğalçı kimi davranan rəhbərliyin laqeydliyi, önləyici tədbirlər görməməsi səbəbindən istixrac prosesində istifadə olunan zəhərli maddələr və başqa kimiyəvi tullantılar təbitə buraxılır. Bu, ətraf mühiti, əkinçilik sahələrini məhv edir və yeraltı sulara qarışdığı üçün bölgə əhalisinin sağlamlığında müxtəlif problemlərin yaranmasına səbəb olur. 

C.E

Mövzu ilə bağlı digər xəbərləri buradan oxu bilərsiniz:

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

"Ölkənin qızıl ehtiyatının 40 faizi Tikantəpədədir, ancaq əhali yoxsulluqdan əziyyət çəkir"-Urmunun millət vəkili

SEPAH-a bağlı sayt yoxsul azərbaycanlılara həqarət etdi: "Onlara qarşı sərt tədbirlər görülməlidir"

Şərqi Azərbaycan Ətraf Mühitin Qorunması İdarəsinin rəisi: Əndəryan qızıl mədəni bağlanmalıdır!

Şərqi Azərbaycan valisi əhalini hədələdi, polisi sərt tədbirlər görməyə çağırdı

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16