Tikantəpənin simvolu kimi tanınan “Sərdar Əfşar” qalası radikal bir kürdə buraxılıb

09.09.2019, 11:15

GünAz TV: Qərbi Azərbaycan Əyalətində bölgənin kürdləşdirilməsi prosesi çərçivəsində radikal kürdlərin iqtisadi, mədəni və ictimai mövqelərinin gücləndirilməsi istiqamətində müxtəlif addımlar atılır.

 

Son məlumata görə, Tikantəpə şəhərinin simvolu kimi tanınan “Sərdar Əfşar” qalası 15 illik müqavilə əsasında Nasir Qüdrəti adlı radikal bir kürdə buraxılıb.

 

Qalanın Qərbi Azərbaycanın kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyari, Tikantəpə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Əli Mükərrəmi və Tikantəpənin İran parlamentindəki millət vəkili Humayun Haşiminin səyi nəticəsində Nasir Qüdrətiyə buraxıldığı bildirilir.

 

Nasir Qüdrətinin kürdçülük ideyası uğrunda radikal mövqe sərgilədiyi, hətta kürd terror qruplaşmalarının tərəfdarı olduğu deyilir. O Tehranda fəaliyyət göstərən “Asiman gəşt bərin” turizm şirkətinin sahibidir. Məlumata görə, o “Sərdar Əfşar” qalasından sözdə turizm sahəsində istifadə edəcək.

 

 

 

Əldə etdiyimiz məlumata əsasən, Tikantəpənin kürd kökənli sözdə millət vəkili Humayun Haşimi seçkiqabağı təbliğat-təşviqat dönəmində Nasir Qüdrətidən təxminən 1 milyard tümən maliyyə yardımı alıb. Keşmiş İcra Hakimikyyəti başçısı Əli Mükərrəminin isə Nasir Qüdrəti ilə iş əlaqəsi olub. Hər zaman Humayun Haşimi və Məhəmməd Mehdi Şəhriyariyə dəstək verən Əli Mükərrəmi bir müddət əvvəl Şəhəri İcra Hakimiyyətinin başçısı postundan kənarlaşdırılıb.

 

“Sərdar Əfşar” qalası Nasirəddin şah Qacar zamanı “Sərdar Əfşar” adı ilə tanınan Hüseynəli xan Əfşar tərəfindən tikilib. Tarixi məkan təxminən 100 il Azərbaycan Əfşar məntəqəsinin idarə işlərinin mərkəzi olub.

 

Aşağıdakı şəkil 1931-ci ildə “Sərdar Əfşar” qalasında çəkilib. Şəkil Məhəmmədiyyə Mədrəsəsinin təsis edilməsinin 15-ci illiyi münasibəti ilə keçirilən tədbirdə çəkilib, bu şəkildə heç bir kürddili şəxs yoxdur. Bu, Tikantəpənin tarixi və milli kimliyini göstərməkdədir. Kürdlər son illərdə dövlətin Azərbaycana qarşı qərəzli siyasəti nəticəsində bölgəyə üz tutublar.

 

 

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19

gun az article

"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

2023-03-18

gun az article

Öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

2023-03-18

gun az article

Güneyli yazıçı Vəli Rai Şücai vəfat edib

2023-03-18

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-18

gun az article

İranda qaşqaylara qarşı təzyiqlər davam edir-VİDEO

2023-03-18

gun az article

Urmuda 6 məhkum edam edilib

2023-03-17

gun az article

"Hədis" animasiya filmi Onsi Beynəlxalq Festivalına qəbul edilib

2023-03-17

gun az article

Təbrizin mərkəzində milli məzmunlu şüarlar yazılmış baner asıldı

2023-03-17

gun az article

Azərbaycanlı yazıçı Süsən Nəvadeyi Rəzi vəfat edib

2023-03-17

gun az article

 “Sözümüz” proqramında müzakirə: “Cilovluq qətliamından günümüzə”- VİDEO

2023-03-17