SON XƏBƏRLƏR

Tikantəpənin yerli olmayan bələdiyyə başçısına bəraət verildi

2021.10.20, 07:36
Tikantəpənin yerli olmayan bələdiyyə başçısına bəraət verildi

Gunaz.tv

GünAz TV: İran məhkəməsi Güney Azərbaycanın Tikantəpə şəhərinin yerli olmayan kürd kökənli bələdiyyə başçısı Naseh Məhəmmədxaniyə bəraət verib. 

 

Urmiya İnqilab Məhkəməsinin 4-cü şöbəsi (Dadsəra) kürd terror qruplaşması “Pejak”la mübarizədə canlarını fəda etmiş tikantəpəli şəhidləri təhqir edən Naseh Məhəmmədxanini müqəssir tanımayıb, dilə gətirdiyi təhqirləri onun “ictimai fikri” kimi qəbul edib.


Azərbaycanlı gənclər 2019-cu il oktyabrın 13-də “Pejak” və İran Kürdistanı Demokrat Partiyası terrorçu qruplaşmalarını simvolizə edən heykəlin Tikantəpənin Şərifabad məhəlləsində qaldırılmasına etiraz bildirmişdir. Bələdiyyə İdarəsinin həyətində keçirilən dinc yığıncaq Şəhər Şurasının radikal kürd üzvü Hüseyn Mikaili və kürddilli bələdiyyə başçısı Naseh Məhəmmədxaninin tərəfdarlarının hücumuna məruz qalıb, tərəflər arasında qarşıdurma yaşanmışdır.

Tikantəpənin sözdə bələdiyyə başçısı etirazçılarla danışığında bildirmişdir ki, siz onları (“Pejak” terrorçuları nəzərdə tutulur) öldürübsünüz, onlardan sizlərdən öldürüb.


Bu etirazdan bir neçə saat sonra Dəf heykəlinin üzərindən terrorçu qruplaşmaları simvolizə edən element götürülmüşdür.

 

Xatırladaq ki, Dəf musiqi aləti şəkilində hazırlanan heykəldə terror qruplaşmaları “Pejak” və İran Kürdüstanı Demokratik Partiyasının simvolu olan “günəş” əks olunmuşdur. Heykəl Tikantəpə şəhərinin sözdə bələdiyyə başçısı Naseh Məhəmmədxaninin sifarişi və Şəhər Şurasının radikal kürd üzvləri Hüseyn Mikaili və Süməyyə Əlmasinin nəzarəti ilə hazırlanıb və 2019-cu il oktyabrın 9-da Tikantəpənin Şərifabad məhəlləsində ucaldılmışdır.


Qərbi Azərbaycan Əyalətində uzun illərdir ki, kürdləşdirmə prosesi həyata keçirilir. İran rejimi bölgənin demoqrafik tərkibini dəyişdirmək məqsədi ilə müxtəlif yollarla radikal kürdlərə dəstək verir. Bu məsələ hər zaman güney azərbaycanlıların kəskin etirazı ilə qarşılanıb.


N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar