SON XƏBƏRLƏR

"Etirazların alovlanmasında İranda yaşayan xalqların rolu"-Professor Brenda Şafferin hesabatı yayılıb

2022.10.20, 10:15
"Etirazların alovlanmasında İranda yaşayan xalqların rolu"-Professor Brenda Şafferin hesabatı yayılıb

Gunaz.tv

"Foreign Policy" jurnalında dərc olunan hesabatında xanım Şaffer İranda müxtəlif etniklər və idarəçilik arasındakı əlaqəni araşdırıb, qeyri-fars xalqlar arasında narazılığın bu etirazları daha da artırdığını deyib.

Onun sözlərinə görə, İslam Respublikasının qeyri-fars əyalətlərində keçirilən etiraz aksiyaları və “Zahidanın qanlı cüməsi”nə reaksiyası İslam Respublikasının hakimiyyət orqanlarının bu bölgələrin əhəmiyyətindən xəbərdar olduğuna dəlalət edir.

O, öz məruzəsində İranda qeyri-fars millətlərə qarşı ayrı-seçkiliyə, o cümlədən onların ana dilində təhsil haqqının rədd edilməsinə, tətbiq edilən yoxsulluğa və sistematik irqçiliyə toxunub.

Əlavə edib ki, İslam Respublikası sağçı müxaliflərinə  bu sahələrə yalnız indiki hökumətin nəzarət edə biləcəyi mesajını vermək niyyətindədir.

Professor Şafferin sözlərinə görə, İslam Respublikasının çoxlu sayda fars müxalifləri bu rejimə qarşı çıxmaqdan daha çox, qeyri-fars bölgələr üzərində öz nəzarətlərini saxlamağa çalışırlar.

Demokratiyaları Müdafiə Fondunun baş müşaviri İranın vəziyyətini keçmiş Sovet İttifaqı ilə müqayisə edib və keçmiş Sovet İttifaqının süqutu üçün ruslar, ukraynalılar, Baltikyanı ölkələrin xalqları və gürcülərin ittifaqına toxunaraq əlavə edib ki, qeyri-farslar arasında ittifaq var. 

"İranda qeyri-fars millətlər arasında ittifaq bu cür ola bilər və bu müxtəlif qrupların öz gələcəyini İslam Respublikasının süqutundan sonra Tehranla bağlamasına heç bir zəmanət yoxdur",-deyə, Brenda Şaffer bildirib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar