SON XƏBƏRLƏR

Kütləvi etirazlarda 76 nəfərin öldürüldüyü təsdiqlənib

2022.09.27, 09:25
Kütləvi etirazlarda 76 nəfərin öldürüldüyü təsdiqlənib

Gunaz.tv

İran İnsan Haqları Təşkilatı sentyabrın 25-ə olan hesabatında ölkənin əksər əyalətlərini bürüyən etiraz aksiyalarında hökumət məmurları tərəfindən öldürülən 76 nəfərin adını açıqlayıb.

Hesabata görə, Mazəndəran əyaləti 25, Qərbi Azərbaycan, Gilan və Kürdüstan əyalətləri hər birində 10 nəfər itki olmaqla siyahıda ilk yerləri tuturlar.

Yayılan videolarda bir neçə şəhərdə hökumət qüvvələrinin dinc etirazçılara odlu silahlardan atəş açdıqları görünür.

İran televizyası sentyabrın 24-də rəsmi məlumatlara istinadən İran rəsmilərinin iğtişaşçı adlandırdığı 41 nəfərin öldüyü barədə məlumat yaymışdı.

İnsan haqları təşkilatları internetə qoyulan məhdudiyyətlər səbəbindən məlumatların gec yayıldığını və ölü sayının rəsmi rəqəmlərdən qat-qat çox olduğunu bildirirlər.

Cavidan     

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar